Avropada yaşayan və özünü siyasi mühacir adlandıran Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov 15 martda AP-də ölkəmiz əleyhinə qətnamənin qəbul olunduğu iclasda iştirak edib və onu alqışlayıblar.

araz.az xəbər verir ki, onlar bununla bağlı görüntü yayıblar.

Onlar hətta Qarabağla bağlı əleyhimizə olan qətnamənin qəbulunda da Azərbaycanın “günahkar” olduğunu bildirib, 12-14 sentyabrda 2022-ci ildə şərti sərhəddə baş verən toqquşmanın nəticələrini “işğal” adlandırıb.

Azərbaycanın 8 kəndinin hələ də işğalda olduğunu, ermənilərin indi də minalar döşəyərək, azərbaycanlıların öz yurdlarına qayıtmasını əngəllədiyini, Qarabağın rus sülhməramlılar yerləşən ərazilərində separatizmi davam etdirdiyini, az qala hər gün azərbaycanlıların minaya düşüb, həyatını itirməsini görməzdən gələn “azərbaycanlıların” 2020-ci il sentyabr hadisələrini “Azərbaycanın işğalı” adlandırması qədər dəhşətli heç nə ola bilməz.

Qeyd edək ki, 15 martda Avropa Parlamenti AB-Azərbaycan əlaqələrinə dair qətnamə qəbul edib. Sənəddə insan hüquqları və əsas azadlıqlar, azad mətbuata dair məsələlər, eyni zamanda Laçın dəhlizi haqqında və “humanitar fəlakət” haqqında erməni tezisləri də öz əksini tapıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.