zakir55

araz.az cumhuriyyet.net-ə istinadən xəbər verir ki,  Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və  İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin adı daha bir qalmaqala qarışıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, xeyli müddətdir sahibkarlarla arasında borc qalmaqalı üzündən mətbuatın dilindən düşməyən “cütlük”, bir qədər əvvəl müavin olayına görə də, gündəmə gəlmişdi.
Belə ki, Sumqayıt İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri olan Gündüz Əliyevin müavin postuna gətirilməsi planı alınmayıb. Prezident Asmnistrasiyasının təqdimatı ilə başqa birinin həmin posta təyinat aldığından, Əliyevlə Fərəcov arasında narazılıq yaranıb. Həmin məlumatlarda iddia olunurdu ki, şöbə müdiri icra başçısına bu arzusunu reallaşdırmaq üçün bahalı hədiyyə, hətta 500 min manat civarında pul veribmiş. İş alınmadıqdan sonra isə Gündüz Əliyev Fərəcovdan pullarını geri istəyib. Özü isə bir neçə gün işə çıxmayıb.
JAMAZ.İNFO-ya daxil olan yeni məlumatlarda isə qeyd edilir ki, Fərəcov Əliyevə pulu geri qaytarmaq üçün yeni “metod” icad edib. Həmin xəbərlərə görə, Gündüz Əliyev şöbə müdiri olsa da, ona müavin səlahiyyəti verilib. Bundan başqa, Fərəcov aralarında pul məsələsini bağlamaq üçün Əliyevə başqa bir səlahiyyət də əlavə edib.
Belə ki, Gündüz Əliyev Sumqayıtdakı bütün sahələrdən, hətta iş adamlarından xərac toplamaq hüququ əldə edib. Amma…
Məsələnin əmması odur ki, Gündüz Əliyev bu işi də üz-gözünə bulaşdırıb. İndiyə qədər onun “təmir-tikinti və abadlıq” adı altında pul yığdığı məlum idi. Hətta onun ən yaxın adamı olan Elxanın bu işi həyata keçirdiyi də bəlliydi. O Elxan ki, hüquq mühafizə orqanları haqqında araşdırma aparır və bir neçə dəfə dindirilib. O isə ifadəsində bildirib ki, yığdığı pulları birbaşa Gündüz Əliyevə verib.
Şöbə müdiri haqqında gələn xəbərdə vurğulanır ki, o, bu dəfə başqa ad altında pul toplamağa start verib. Yeni “metod” isə “Qarabağda tikinti üçün lazımdır”dan ibarətdir. Yəni, Gündüz Əliyev “kreativ” yanaşma tətbiq edib, pul yığmaq üçün Qarabağdakı bərpa işindən faydalanmağa çalışır. İş adamları, idarə və müəasisə rəhbərləri də mövzunun həssas olmasını nəzərə alaraq, hər hansı addım atmırlar.
Qeyd edək ki, Gündüz Əliyevin bu addımı ilk deyil. Hələ xeyli əvvəl icra başçısı Zakir Fərəcov da sahibkarlara olan milyonlarla manat borcunu qaytarmamaq üçün bu kartdan istifadə etmişdi. O iş adamları ilə görüşdə demişdi ki, həmin pulları guya, Qarabağda tikinti üçün verib. Halbuki bu, Qarabağ adı altında gizlənmək, iş adamlarının pulunu verməmək üçün düşünülmüş plan idi. Hərçənd Fərəcovun bu cəhdi alınmamışdı.
İndi həmin metodu Gündüz Əliyev həyata keçirir.
Bəzi məlumatlara görə, bəzi sahiblarlar yeni pulyığma metodundan duyuq düşüblər və bunun yalan olduğunu araşdırırlar. Hətta bir qrup sumqayıtlı sahibkarın yaxın günlərdə Prezident Admnistrasiyasına müraciət edəcəyi də gözlənilir.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.