Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

araz.az   “Milli Məclis”in mətbuat xidmətinə istinadən xəbər verir ki, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.