Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirələrini uca tutur.


Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Vətən Müharibəsi Şəhidi Dmitriy Aleksandroviç Solnsevin doğum günü ilə əlaqədar, rayon icra başçısının, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirakı ilə, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.


Bu barədə, YAP Nəsimi Rayon Təşkilatından araz.az-a daxil olan məlumatda deyilir ki, şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını çatdırıblar.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.