Ölkə mediasında ən çox tənqid olunan və bu gündəm olan Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov və onun”işgüzar komandasıdır”.Amma nədənsə neçə müddətdir eşidirik ki,gəlirlər yoxlayırlar və gedirlər.Nəticə etibarı ilə ciddi ölçü götürən yoxdur.Adam belə şeyləri görür və düşünür əcəba hansı sehirli çubuq bütün olanların üstünü örtə bilir?Vallah bu boyda özbaşınalıq,cinayət dolu qanun pozuntularını,büddcə yeyintisini,şikayət dolu yuxarı təşkilatlara yönlənən məktubları dağ örtə bilməz ,bunlar necə örtə bilər mən mat qalmışam.

Sumqayıt ,yetim şəhərim qalmısan əsir -yesir “dəllaların” əlində…İndi qeyd etdiklərimi bir bir oxuyun.Deyəcəksiniz ki,əşi yazında onsuz “dəyirman bildiyin edir,çax çax baş ağrıdır”Yox deyəsən bu dəfə çaxmaq daşı olub dəyirmanı odlamaq zamanına çatmışıq,belə olmasa , milyonçu ölkənin Fərəcovun sayəsində dilənçiyə çevrilmiş şəhərin əhalisi üsyana qalxacaq.Ac adamların qəzəbi pis olur bilirsiniz.

Ya vəlvələdən, ya zəlzələdən Sumqayıt camaatının icra başçısından bəxti gətirməyib. Nə hikmətdirsə, bu şəhərə mer təyin olunanlar qısa müddətdən sonra ya bazar davasına çıxır, ya da dükanların sökülüb, yenidən tikilməsini həyata keçirməklə pul qazanırlar. Şəhərdə elə də torpaq sahəsi olmadığı üçün həmin “biznes” bir o qədər təşəkkül tapmayıb.

 

Şəhərin hələlik sonuncu meri Zakir Fərəcovdur. Uzun müddətdir Sumqayıta başçılıq edir. Özü də necə? Adı elə qalmaqallarda hallanır ki, bunu bir məmura yaraşdırmaq ayıbdır. Keçmiş baş prokuror Eldar Həsənovla Balkanlardakı şərikliyi araq istehsalına bağlıdır. Qardaşının Türkiyədə pulunu “atdıq”larından prezident Ərdoğana müraciət belə yazıb. Amma bu hələ sıradan hadisələrdir.

 

Zakir Fərəcov o icra başçılarındandır ki, Goradildə özünə qəsəbə salıb, qapısına da şlaqbaum qoydurub ki, yad adamlar girə bilməsin. Elə camaat arasında həmin məhəlləyə “Zakir qəsəbəsi” deyirlər. Bütün qohum-əqrabasını da başına yığıb, məmurluğunun keyfini çəkir.

 

Amma Fərəcov təkcə, özü üçün tikmir. Həm də hörmət etdiyi, hətta şərik olduğu adamlar üçün də unikal binalar inşa etdirir. Məsələn, onun sabiq MTN şefi Eldar Mahmudov üçün Goradildə inşa etdirdiyi villa general papağının formasındadır. Bunu xeyli əvvəl mətbuat da yazmışdı. Sadəcə, xatırlatdım ki, məsələ bir qədər də aydın təsvir olunsun.

 

Məgər birdirmi, ikidirmi. Sayırsan bitmir. Sumqayıtın icra başçısı o qədər geniş manevrlərə malikdir ki, hətta bütün şəhərin ən gəlirli yerləri onun özünə və ya yaxınlarına məxsusdur. Dəniz kənarında restorandan tutmuş, inşaat şirkətinə qədər bütün sahələrdə əli var.

 

Məsələn, Zakir Fərəcovun sabiq müavini Gündüz Əliyev icra başçısının tapşırığı ilə Sumqayıtda gedən tikinti-abadlıq işlərinə həm nəzarət edib, həm də orada maxinasiya ilə maliyyə fırıldağı törətməklə məşğul olub. Hesablama Palatasının yoxlaması zamanı Gündüz Əliyevin rəhbərliyilə aparılan maliyyə maxinasiyasında külli miqdarda dövlət pulunun mənimsənildiyi üzə çıxıb. Hesablama Palatası Sumqayıtdakı mənimsəmə faktlarını əks etdirən yoxlama sənədlərini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Baş İdarə göstərilən faktları yerində yoxlayıb, Gündüz Əliyev və digərləri barədə cinayət işi açıb…

Maraqlıdır ki, xarakterik xüsusiyyətləri və vəzifə başında törətdikləri iyrənc hsdisələr barədə ölkə mediasında yazılanları oxuyanda, adam dəhşətə gəlir! Amma bu adamların həbsdə yatan cinayətkar ünsürlərin yanında olmalıykən hələ də vəzifə kürsündə əyləşməsi hər kəsi mat qoyub !Axı, Sumqayıtda dövlət pulunu oğurlayan cinayətkarlar barəsində rəsmi cinayət işi açılıb, amma Zakir Fərəcovun bəd əməl ortağı, özünü onun əlaltısı kimi tanıdan yüksək vəzifə sahibi Gündüz Əliyev hələ azadlıqdadır, özü də, çox rahat vəzifə kreslosunda əyləşib, görəsən, bunun adı nədir!?..

Dəhşət ondadır ki, Gündüz Əliyevin başına gələnlər də, böyük korrupsiyaya imza atmaları ilə “məşhurlaşan” və onun cinayət ortaqları olan, başçının gündən-günə böyüyən “yalan çetesində” yerləri həmişə açıq-aydın görünən vəzifə sahiblərini qorxuya salmadı. Konkret olaraq, bu önəmli vəzifəyə təyinat alan gündən, başçının “qara kassası” kimi özünü tanıdan və onunla əlbir olub, tez bir zamanda, maxinasiya, saxtakarlıq əməlləriylə “parlayaraq, böyük uğurlara imza atan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri Adil Xudadatovun, sanki “dünya vecinə deyil” — deyə, etibarlı mənbə bizə ötürdüyü son məlumatında, xüsusi olaraq bunları vurğulayır: “Bütün bunlar bir yana, korrupsioner başçının “maxinatorlar çetesində” birləşən cinayətkar məsul vəzifə sahiblərinin saylarının gündən-günə artması, onların adlarının dəhşət doğuran və şok yaradan daha qatı cinayət əməllərində hallanması qəbuledilməzdir. Bütün bunlar isə, ona da bir işarədir ki, başçı komandasındakı məsul vəzifə sahiblərini belə, öz mənafeyi naminə, dövriyyəyə salmaqdan çəkinmir. Onların özləri belə deyirlər ki, Zakir Fərəcovun arxasında duran havadarları, yuxarılarda qərarların qəbul olunmasında söz sahibi olan yüksək vəzifə sahibləridir. Yoxsa, onun özünün və ətrafındakı cinayətkar vəzifə sahiblərinin məsuliyyətə cəlb olunmaları bu qədər yubanmaz… Araşdırmalarımdan, şahidi olduqlarımdan da, belə nəticəyə gəlirəm ki, nəinki başçının ətrafındakıların, həmçinin onun özünün belə artıq işi firıxdı.

Belə olmasaydı, yoxsa, Zakir Fərəcov heç vaxt, ortada hədsiz narazılıq yaratsa da, özünə müavin təyin etdiyi Gündüz Əliyevi bu səs-küylü vəzifəsindən azad etməzdi”.

BakuPress.Az-ın araşdırması zamanı üzə çıxan bir başqa məsələ isə bu borc qalmaqallarının hamısında Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin adının hallanmasıdır. Daha doğrusu, bütün borc sənədlərində bu adamın imzaı və adı qeyd olunub. Elə sonuncu dəfə “zəmanət məktubu” qalmaqalı zamanı notarial qaydada imzalanması nəzərdə tutulan sənəddə də Gündüz Əliyevin adı qeyd olunub.

Maraqlı odur ki, Əliyev ərazi-idarəetmə şöbəsinə başçılıq edir. Onun nə tikinti, nə də maliyyə işləri ilə səlahiyyət baxımından heç bir hüququ da yoxdur. Amma hər nə hikmətdirsə, bu adam “Kalyon”un girov qoyulub, kredit götürülməsindən tutmuş, Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə qədər yaranmış 10 milyonlarla manat borclarda birbaşa adı keçir. Bunu elə sahibkarlar da təsdiq edir ki, bütün danışıqlar Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparılıb.

İndi isə Fərəcovla yanaşı, Əliyevin də başı qalmaqaldadır. Xatırlafım ki,“Paşa Bank” böhranından necə çıxacaqlarını fikirləşdikləri bir vaxtda, Gündüz Əliyevlə Zakir Fərəcovun daha bir problemi üzə çıxıb. Məlum olub ki, bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt Səhiyyə Şöbəsində apardıqları araşdırmadan sonra ciddi maliyyə yeyintiləri aşkarlayıblar. Belə ki, həmin araşdırma nəticəsində məlum olub ki, şöbənin tabeçiliyində olan xəstəxana və poliklinikaların təmiri və yeni avadanlıqların alınması adı altında 4.25 milyon manat yeyinti olub.

Baş İdarə bununla bağlı Sumqayıt İcra Hakimiyyətinə müəyyən vaxt verərək, həmin pulun ödənilməsini tələb edib. Fərəcov və Əliyev də bu pulun böyük hissəsini dövlət büdcəsinə ödəsələr də, 177 min manatlıq hissəni bağlaya bilməyiblər.

Qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi apardığı araşdırmanı yekunlaşdıraraq, işlə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə tikinti və təmir işlərini aparan iş adamı, həmçinin Gündüz Əliyevinb ən yaxın dostu olan Elxan Əsədovun və Gündüz Əliyevin qardaşı qızı, eyni zamanda Sumqayıt Səhiyyə Şöbəsinin baş mühasibi Gülnarə Əliyevanın adları keçir.

Amma Fərəcovun borc qalmaqalı bununla da bitmir. Bu ərəfədə o da məlum olub ki, icra başçısının Dövlət Gömrük Komitəsinə də 3 milyon manat borcu varmış. Bu brocun haradan qaynaqlandığı barədə məlumatı dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, iş adamları Zakir Fərəcovun ümumilikdə 50 milyon manat borcunun olduğunu bildirirlər. Onlarsın sözlərinə görə, bu borcların böyük qismi iş adamlarına olandır. Bu təxminən 30 milyon manatdan bir qədər çox rəqəmlə ifadə olunur.

 

Zakir Fərəcov elə icra başçılarındandır ki, dövlət başçısı müşavirədə “Sahibkarlardan pul yığırlar abadlıq işləri adı altında. Belələrini cəzalandıracağıq. Belə abadlıq bizə lazım deyil” dediyi halda, Sumqayıtın icra başçısı görülən işlər üçün yenə sahibkarlardan pul yığdırır.

 

Bu azmış kimi, borclu olduğu iş adamlarına, fəhlələrə deyir ki, əgər borcun ümumi məbləğinin 30 faizini ona verməsələr, həmin pulu nəinki qaytarmayacaq, hətta onları polisə verib, həbs etdirəcək.

 

Siz deyin, bunun adı nədir? Saymamazlıq? Yoxsa, arxayınçılıq? Kimə? Bu ölkədə vəzifə baxımından prezidentdən üstün kimsə varmı? Bildiyim qədər yoxdur. Əgər bir icra başçısı onu ora təyin edən şəxsin dediklərinə əhəmiyyət verməyib, onun tənqid etdiyi işi davam etdirirsə, artıq buna nə ad vermək lazım gəldiyini deməyə gərək qalmır.

 

Bütün bunların fonunda, sual meydana çıxır. Əcəba, Zakir Fərəcov bu qədər pulu necə qazanıb? Geniş izahat verməyə gərək yoxdur. Fərəcov aldığı icra başçısı maaşı ilə heç öz ailəsini doğru-düzgün dolandıra bilməz. Amma bu maaş nə hikmətdirsə, ona məhəllə salmağa, villa tikdirməyə, bahalı maşın almağa, torpaq sahələri ələ keçirməyə kifayət edir. Aydın məsələdir ki, icra başçısı bütün bunları aldığı maaşla deyil, həmin yetim fəhlənin haqqını yeməklə, sahibkara pul verməsin deyə həbs etdirməklə, qohumlarını gəlirli işlərin başına keçirməklə, büdcənin pullarını öz vəsaitləri kimi xərcləməklə, iş adamlarından xərac toplamaqla əldə edir.

Bəli bütün bunlar kino deyil ,bir gənclər şəhərinin “qocaman”dərdidir.Xərçəngin belə ölkəmizdə az qala dərdinə əlac tapılır ,Fərəcov adlı”xəstəliyə”əlac tapılmır ki,tapılmır.

Şəhər icra hakimyyəti deyil ey xalis operettadır.

P.S.Heç Brazilya seriallarında cinayət işi açılan ,adam vəzifə icra edə bilmir.Sumqayıt icra hakimiyyətində bunuda gördük

 

Şəfəq AĞACAN.