Məlumdur ki, Bakı şəhərinin ərazisində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır.

araz.az  GundemXeber.az. istinadən bildirir ki, bu Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətlərini təmin etməkdən ibarətdir.

qerar.az

Bundan əlavə, BNA-nın əsas fəaliyyət istiqamətlərindən biri də, məhz paytaxtın marşrut şəbəkəsidir ki, bunlar da şəhərdaxili və şəhərətrafı marşrutlardan ibarətdir. Hal-hazırda şəhər üzrə mövcud marşrut xətlərinin sayı 172 ədəddir və şəbəkədə ümumilikdə 2014 ədəd avtobusun fəaliyyət göstərdiyi bildirilir. Bunlardan 1033-ü şəhərdaxili, 1012-si isə şəhərətrafı xətlərdə xidmət göstərirlər. Bu gün 81 marşrut xətti üzrə 1670 ədəd avtobus “Bakıkart” sistemi ilə əhaliyə xidmət göstərir ki, onlardan biri də Koroğlu-Qızılqum marşrut xətti üzrə hərəkət edən 173 saylı avtobusdur. GundemXeber.Az-ın əldə etdiyi məlumatda görünən odur ki, son günlər 173 saylı avtobusun başbilənləri, yəni bu xətt üzrə hərəkətə cavabdehlik daşıyan şəxslər yeni ixtiraya əl atıblar. Baxmayaraq ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına digər nəqliyyat vasitələri kimi 173 saylı avtobus da “Bakıkart” sistemi ilə təchiz olunmuşdur. Buna baxmayaraq, başbilənlər 173 saylı avtobusdakı “Bakıkart” avadanlığının üst hissəsini “Sovet Ermənistanı” qəzeti ilə örtmüşlər və “skoç”la da bərk-bərk başlamışlar.

qerar.az

Bir sözlə, avtobusdakı “Bakıkart” avadanlığını görünməz etmişlər. Belə bir addımın atılması səbəbindən də, bu gün sərnişinlər sürücü soyğunçuluğun başqa bir forması ilə üz-üzə qalırlar. Yəni, sərnişinlər hər gediş haqqına görə ödəməli olduqları 40 qəpik əvəzinə sürücüyə 50-60 qəpik pul verirlər. O halda ortaya belə bir sual çıxır ki, axı hər marşrut xətti üzrə gediş haqqının məbləği Tarif Şurası tərəfindən müəyyən olunub. Deməli, bu cür hoqqalara qol qoyanlar həm “Sovet Ermənistanı” qəzetini təbliği ilə məşğul olurlar, həm də, sərnişinlərin cibinə girməklə əlavə gəlir əldə edirlər. Əslinə baxsan, bu cür addımın atılması BNA üçün böyük bir biabırçılıqdır, utanc halın varlığıdır. Yaxşı olar ki, iyrənc əməl sahiblərinin belə bir əməllərinə BNA-dan açıqlama verilsin! Yoxsa, bu dövlət qurumuna qarşı baş qaldıran şübhələr gündən-günə daha da artacaq.

Mövzu diqqətimizdədir.

araz.az xəbər portalı.