Rusiya tarixi siyasi sürgünlər, həbslər, qətllər, edamlarla zəngindir.
Çar Rusiyasının, Sovet Rusiyasının, Putin Rusiyasının da siyasi rəqiblərinə münasibətində nə forma, nə də məzmun dəyişikliyi yoxdur. Sibir işğal olunduqdan sonra bu yerlər yalnız təbii sərvətlərinə görə istifadə olunmadı, Sibir Rusiya imperiyası üçün həbs düşərgələri, sürgün məkanları oldu. 200 il əvvəl I Nikolaya qarşı üsyan edən dekabristlər də Sibirə sürgün edildi, II Nikolayı da bütün ailəsi ilə bir yerdə bolşeviklər Sibirdə güllələyib quyuya atdılar, Stalin az qala Sibirin bütün yerlərində SibLaq ( Sibir düşərgələri) adı ilə yüzlərlə həbs düşərgələri qurub milyonlarla insanı, o cümlədən azərbaycanlıları da bu düşərgələrdə məhv etdi, indi də Sibirin “Qütb canavarı”düşərgəsində Aleksey Navalnının həyatına son qoyuldu.
araz.az xəbər portalı.