Yaxın qohumların ailə qurmasını mən də bəyənmirəm. Amma bu, hər kəsin öz işidir. Ailə hüququ milli mentalitetin əleyhinə getməməlidir. Heç bir sivil ölkədə belə qadağa yoxdur!

araz.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

“Deputatlarımız onun dərdini çəksinlər ki, selektiv abort nəticəsində doğulan oğlanların sayı qızlardan xeyli çoxdur, rəsmi nikahların sayı azalır, boşanmalar isə artır. Ailə institutu dağılır, bunlar isə ailə qurmağa məhdudiyyətlər qoymaq istəyirlər. İş yox, güc yox…” – o qeyd edib.

araz.az xəbər portalı.