“Son vaxtlarda anti-Azərbaycan və erməni lobbisinin nəzarətində olan dairələrin ölkəmizə qarşı təzyiq və hücumları aktivləşdirməkdədir. Biz 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, həmçinin “Formula 1″ yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də belə hücumların şahidi olmuşuq. Hətta tədbir ərəfəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün terror aktları həyata keçirilməyə cəhd edilib. Lakin bütün bu cəhdlər sonda uğursuzluqla nəticələnib. Azərbaycan ev sahibliyi etdiyi tədbirləri ən yüksək səviyyədə təşkil edib. Biz belə oxşar proseslərin COP29 ərfəsində də şahidi olmaqdayıq. Anti-Azərbaycan qüvvələr yenə də aktivləşərək COP29-un əhəmiyyətini gözdən salmaq istiqamətində qarayaxma kampaniyasına başlayıb”.
araz.az bildirir ki, bunu ölkə.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Deputat təəssüflə onu da qeyd edib ki, Qərbin ölkəmizdəki 5-ci kolonu da bu prosesdə iştirak etməklə bir daha özlərinin iç üzünü ortaya qoymuş oldular: “Bunun adı isə Vətənə xəyanətdir, başqa adı ola bilməz. Azərbaycana qarşı düşmən mövqe sərgiləyənlərlə həmrəylik nümayiş etdirənlərə başqa ad vermək olmaz”.
araz.az xəbər portalı.