Ukraynada cəbhə xəttində Rusiya və Şimali Koreya bayraqlarının yan-yana göstərildiyi iddia edilib. Fotonun gerçək olub-olmadığı hələ məlum olmasa da, Rusiya və ya Şimali Koreyadan rəsmi açıqlama verilməyib.
araz.az xəbər verir ki, Ukraynada cəbhə xəttində Rusiya və Şimali Koreya bayraqlarının yan-yana göstərildiyi iddia edilib.
Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi iddialarından sonra Pxenyanla Moskva arasında hərbi əməkdaşlığın sübutu kimi şərh edilən foto paylaşılıb. Ukraynanın Pokrovsk şəhərindəki mədən sahəsində çəkildiyi iddia edilən kadrda Rusiya və Şimali Koreya bayraqları yan-yana görüntülənib və Rusiya tərəfdarı hesab tərəfindən sosial şəbəkə tətbiqi Telegram-da dərc edilib.
Fotonun gerçək olub-olmadığı hələ məlum olmasa da, Rusiya və ya Şimali Koreyadan rəsmi açıqlama verilməyib.
Keçən həftə Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) peyk fotolarını paylaşaraq, Şimali Koreyanın Rusiyaya 1500 xüsusi təyinatlı əsgər göndərdiyini açıqlamış və bəyanatda əsgərlərin Ukrayna müharibəsinə təyin olunacağının təxmin edildiyini bildirmişdi. Ukrayna prezidenti Vladimir Zelenski də Şimali Koreyanın onlara qarşı döyüşmək üçün Rusiyaya 10 min əsgər göndərməyə hazırlaşdığını iddia edib. İddiasını kəşfiyyat məlumatlarına əsaslandıran Zelenski iddia edib ki, hazırda işğal altındakı Ukrayna ərazisində qeyri-müəyyən sayda Şimali Koreya əsgəri var.
Kremlin sözçüsü Dmitri Peskov da Şimali Koreyanın Rusiyaya əsgər göndərməsi ilə bağlı iddiaları rədd edərək, “Bu, növbəti saxta xəbərə bənzəyir” cavabını verib.
araz.az xəbər portalı.
AKTUAL
Evlərinə qayıdan suriyalı qaçqınlar: “Türkiyəni əsla unutmayacağıq!”, — deyə, öz minnətdarlıqlarını türk xalqına çatdırır
Ölkələrində baş verən vətəndaş müharibəsi qorxusu səbəbindən qaçaraq, Türkiyəyə sığınmış suriyalılar artıq evlərinə qayıdırlar. …