Cənubi Koreya Rusiyaya dəstək üçün Ukraynaya 10 minə yaxın hərbçi göndərildiyi iddia edilən Şimali Koreyanın “yaxası”nı buraxmaq niyyətində deyil.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Cənubi Koreya Ukrayna tərəfi ilə əldə olunan razılaşma çərçivəsində Kiyevə kəşfiyyat dəstəsi göndərməyə qərar verib.
İddiya görə, Cənubi Koreya kəşfiyyatı Ukrayna cəbhəsində Şimali Koreya əsgərlərini izləyəcək.
Cənubi Koreya hökumətindəki yüksək vəzifəli mənbə “Yonhap” Agentliyinə bildirib ki, kəşfiyyat dəstəsi Rusiyaya yardım üçün göndərilən Şimali Koreya xüsusi təyinatlılarının döyüş qabiliyyətini də öyrənməyə çalışacaq: “Bunun üçün Şimali Koreyanın müharibə taktikasını təhlil edə bilən və ya əsir götürülən Şimali Koreyalıların dindirilməsi prosesində mühüm rol oynaya biləcək şəxslərdən ibarət seçmə mütəxəssislər Ukraynaya yola salınacaq”.
Xatırladaq ki, Cənubi Koreya Şimali Koreyanın Rusiyaya 10 i hərçi göndərdiyini bəyan edir. Pentaqon və NATO-nun baş katibi Mark Rutte: “Biz hələlik bu iddianı təsdiq edə bilmirik”, — deyə, açıqlama veriblər.
Kremlin sözçüsü Dmitri Peskov isə “ikibaşlı” açıqlama verib: “Bu barədə Müdafiə Nazirliyi ilə əlaqə saxlayın…”. /mia.az
araz.az xəbər portalı.