araz.az xəbər verir ki, bu sözləri yaşayış kompleksinin sakinləri publika.az-a ünvanladıqları şikayətdə qeyd edib.
Sakinlərin sözlərinə görə, onlar övladlarının təhsil alması üçün əraziyə yaxın olan Güzdək qəsəbəsinin və yaxud digər qəsəbələrin məktəbinə göndərmək məcburiyyətində qalırlar. Bunun üçün də xüsusi taksi tutmalı olurlar ki, bu da həm maddi, həm də zaman baxımdan sakinlər üçün çətinlik yaradır. Halbuki, mənzil alarkən, onlara qısa zamanda ərazidə məktəb və bağçanın tikilib istifadəyə veriləcəyi söz verilmişdi.
Son illərdə Aşağı Güzdək qəsəbəsinin əhalisinin sayı yetərincə artdığından onsuz da məktəbdə, bağçada sıxlıq problemi yaşanır. Hazırda məktəbdə dərslər dördnövbəli şəkildə tədris olunur. Bu da valideynlərin narazılığına səbəb olub. Bu bərədə Güzdək qəsəbəsindən bir qrup valideyn redaksiyamıza şikayət məktubu ünvanlayıb. Bildiriblər ki, builki tədris ilində 3-cü, 4-cü sinif şagirdlərinin dərsi saat 15:30-da başlayıb, axşam saat 8-də bitir:
“Bu problemi işıqlandırmağınızı xahiş edirik. Hazırda məktəbimiz şəraitsiz vəziyyətdədir. Məktəbin təmirə və əlavə binanın tikilməsinə ehtiyac var. Qəsəbə böyüdüyündən siniflərin sayı çoxalıb. Dördnövbəli tədris planlaşdırılıb. Dördüncü növbə 15:30-da başlayıb, axşam 20:00-da bitir. Bununla da uşaqlar, müəllimlər gün batana qədər məktəbdə qalmaq məcburiyyətindədirlər. Günortadan sonra dərsə başlayan şagirdlərin bütün enerjisi bitmiş olur. Dərsləri mənimsəyə bilmir, evə gecə gəlib çıxırlar. Bütün bunlar şagirdlər üçün hər cəhətdən problem yaratmış olur. Ən azından, “Cənnət Park”da məktəb tikilərsə, həmin şəhərciyin sakinləri və əraziyə yaxın yaşayan şagirdlər orada təhsil alarsa, bu problem qismən də olsa həllini tapar”.
araz.az xəbər portalı.