Moldova Konstitusiya Məhkəməsi Avropa İttifaqına inteqrasiya ilə bağlı keçirilən referendumun nəticələrini təsdiq edib. araz.az xəbər verir ki, məlumatı nüfuzlu “Röyter” yayıb.
Məlumata görə, bundan sonra ölkə konstitusiyasının Avropa İttifaqına üzvlük üçün hazırlanması prosesi aparıla bilər. Qeyd edək ki, Moldovada avrointeqrasiya tərəfdarları cəmi 1%-lik üstünlüklə qalib gəliblər. Bu da bir çox müşahidəçinin böyük təəccübünə səbəb olub. Ekspertlər deyirlər ki, Moldovada avrointeqrasiya tərəfdarlarının kiçik üstünlüyə sahib olması qərbyönlü hökuməti növbəti dönəmlərdə daha ağır çətinliklə üzləşdirəcək.
Onu da qeyd edək ki, Rusiya Moldovanın Avropa İttifaqına inteqrasiya ilə bağlı referendumunun nəticəsini tənqid edir.
araz.az xəbər portalı.