Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma böyüməyə davam edir.
Kütləvi etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini, eləcə də “prezident” Aslan Bjaniyanın istefasını tələb edirlər. Bildirilir ki, paytaxt kimi elan edilmiş Suxumidə aksiya iştirakçıları hökumət binaları kompleksinin yerləşdiyi əraziyə daxil olub.
Burada isə, həm parlament, həm də Prezident Administrasiyası yerləşir. Daha sonradan onların parlament binasına da daxil olduğu məlum olub. Qarşıdurma zamanı 8 nəfər xəsarət alıb.
Rusiya Xarici İşlər Nazirliyi iğtişaşlar fonunda öz vətəndaşlarını Abxaziyaya səfər etməməyə, artıq orada olan rusiyalılara isə imkan çərçivəsində bölgəni tərk etməyə çağırıb.
Yeri gəlmişkən, bəzi ekspertlər bu aksiyaları Rusiya ilə Gürcüstan arasında gizli anlaşma ilə əlaqələndirirlər.
araz.az mia.az-a istinadən bildirir ki, həmin iddiaçılar Gürcüstanın Qərbə üz çevirməsinin hədiyyəsi olaraq Rusiyanın vaxtilə pasport payladığı Abxaziyanın yenidən Gürcüstanın tabeliyinə dönməsinə zəmin hazırlayır.
Prosesləri diqqətlə izlədikdə və Rusiya XİN-nin rüslara ünvanlı “bölgəni təcili tərk edin” xəbərdarlığı da bu qənaəti gücləndirir.
araz.az xəbər portalı.