Banklar camaatın başına olmazın oyunlar gətirir. Şikayətlərin pik həddə olduğu danılmazdır. Əlacsız şikayətçilər daha çox “kredit məngənəsində” əzab-əziyyət çəkirlər. Hara müraciət etsələr də, “əlləri ətəklərindən aşağı” geri dönür, son ümid yeri olaraq, mətbuata üz tuturlar. Nə olsun, indi medianı eşidən əlaqədar dövlət qurumu da yoxdur.              

araz.az-ın redaksiyasına belə şikayətçilərin ünvanladıqları ümid məktublarının sayı-hesabı yoxdur. Ha çalışsaq da, ümidsizlərin dadına çatan tapa bilmirik.

Şikayətlər barədə Mərkəzi Bankın yaydığı rəsmi məlumatlar da, deyilənlərin əksidir. Elə, bunun sübutu kimi, oktyabr ayı ərzində olan hesabata baxmaq kifayətdir.

Bu ilin oktyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank Avrasiya” ASC olub. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (3,12 indeksi), “Yelo Bank” ASC üçüncü (2,87 indeksi) yeri tutub. Barəsində ən az şikayət edilən bank isə, “Paşa Bank” ASC-dir (0,14 indeksi).
                                                                        Digər banklar üzrə göstəricilər aşağıdakı kimidir:

 

img
                                                                          İqbal BƏHRAMOĞLU,

araz.az xəbər portalı.