Mitinqin təşkilatçıları yeni seçkilərin təyin edilməsi ilə yanaşı, universitetin rektoru Jaba Samuşiyanın istefasını tələb edirlər.
Tələbələr universitet daxilində tətilin keçirilməsinə qadağa qoyulmasından, həmçinin Çavçavadze prospektində müxalifətin mitinqinin dağıdılmasında iştirak edən polis qüvvələrinin əraziyə yerləşdirilməsindən hiddətləniblər.
Gürcüstan mətbuatında müvafiq görüntülər yayılsa da, ölkənin Daxili İşlər Nazirliyi faktı təkzib edir. Nazirlik iddia edir ki, polis universitet ərazisinə yalnız nümayişçilərin gecələr yandırdığı yanğınları söndürmək üçün daxil olub.
Ötən gün Gürcüstanın müxtəlif universitetlərinin professorları da etiraz edən TDU tələbələrinə dəstək veriblər. Hazırda TDU-da tədris prosesi adi qaydada davam edir. Birinci korpusun yaxınlığındaisə onlarla insanın toplaşdığı bildirilib. /globalinfo.az/
araz.az xəbər portalı.