“Sənə ən yaxın” yanaşması ilə, “Nar” bu dəfə də, müştərilərini xüsusi endirimlərlə sevindirmək üçün “Sərfəli cümə” kampaniyasına start verir. Bu barədə “Nar”dan araz.az-a daxil olan məlumata görə, kampaniya çərçivəsində müasir dizaynı və funksionallığı ilə seçilən “TECNO Spark 20C” smartfonunu cəmi 229 AZN-ə əldə edə və ikincisini 50% endirimlə almaq fürsətindən yararlana bilərsiniz.

Qeyd edək ki, bu eksklüziv təklif “Nar” mağazalarında məhdud müddət ərzində sözügedən məhsul bitənədək qüvvədədir. “Nar”ın təklif etdiyi bütün smartfonlar haqqında ətraflı məlumatı nar.az/smartfonlar/ saytından əldə edə və ya sizə ən yaxın “Nar” mağazasına müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.