“Azercell” “Möhtəşəm Cümə” kampaniyasına start verir.
araz.az xəbər ki, kampaniya çərçivəsində “Azercell Eksklüziv” və diler mağazalarından “HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə “SuperSən 10GB” tarif paketi 2 ay müddətinə 75 % endirimlə təqdim olunur. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş haqqı cari tariflər üzrə hesablanacaq. Qeyd edək ki, kampaniya 199 AZN-dən başlayan cihazlara şamil olunur.
Kampaniya 30.11.2024 tarixinədək davam edəcək.
Kampaniya haqqında ətraflı məlumat üçün:
“Möhtəşəm Cümə” kampaniyası | Azercell
araz.az xəbər portalı.