araz.az bildirir ki, bu barədə İranın yerli teleqram kanalları məlumat yayıb.

Etiraz notasına səbəb iranlı tələbələrin Kazanda müvəqqəti uçot müddətinin uzadılması mərkəzində döyülməsi və saxlanılmasıdır.

Notada bildirilir ki, yerli polis tələbələrlə sərt şəkildə davranıb. Polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar, insidentin səbəbi və polisin qeyri-peşəkar davranışı ilə bağlı izahat tələb edilib.

Qeyd edək ki, ötən gün Kazan Federal Universitetində təhsil alan müxtəlif ölkələrdən, o cümlədən, İrandan olan əcnəbi tələbələr müvəqqəti uçotun artırılması ilə əlaqədar universitetin müvəqqəti uçotun artırılması mərkəzinə müraciət ediblər. Tələbələr arasında baş verən qarşıdurma polisin müdaxiləsi ilə nəticələnib.

Hadisə ilə bağlı 2 iranlı tələbənin saxlanıldığı bildirilir. /qafqazinfo/

araz.az xəbər portalı.