Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
araz.az bu barədə Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən bildirir ki, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan hətta narkotik vasitə olan marixuana da aşkarlanaraq, götürülüb.
Müvafiq qərarla Rövşən Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, eyni əməllərə görə, Rövşən Süleymanov bu ilin aprel ayında da 20 sutka inzibati qaydada həbs edilmişdi.
araz.az xəbər portalı.