Suriyanın ölkədən yoxa çıxan prezidenti Bəşər Əsəd və onun Dəməşqdən havalanan “Syria Air İl-76” təyyarəsindən xəbərı yoxdur. araz.az xəbər verir ki, bunu “Flightradar24” xidmətinin məlumatları göstərib.

İddia olunur ki, təyyarə bu gün səhər sübh saatlarında Dəməşq ərazisində havalanandan təxminən 40 dəqiqə sonra radardan itib.

Bəzi iddialara görə, bunu pilot qəsdən edib, yəni, vurulmaması üçün radar avadanlığı söndürülüb. Bəziləri isə deyir ki, guya, təyyarə havada vurulub.

Rusiya mənbələri isə bildirir ki, Əsədin təyyarəsi vurulmayıb: “O, hakimiyyətin qansız ötürülməsi üçün göstəriş verərək, ölkəni tərk edib. Onun hara getdiyi isə,  bəlli deyil…”.

Bəzi mənbələr bildirir ki, onun təyyarəsi, Rusiyanın dənizdəki hərbi bazalarından birinə eniş edib.

 

araz.az xəbər portalı.