Azərbaycanda yaşayan türkiyəli bloger Ogün Özdemir Bakıda fırıldaqla üzləşib.
araz.az mia.az-a istinadən xəbər verir ki, o, sabiq deputat Elnur Allahverdiyevə məxsus “Kontakt home” şirkətinin Sahil fililalından “İPhone” markalı telefon alıb.
Lakin evə döndükdən sonra aydın olub ki, telefon “brak”dır.
Bu barədə “TikTok”dakı səhifəsində ard-arda videomüraciətlər paylaşan bloger telefonu aldığı günü heç 2 saat işlətməmiş “zaryatka”nın 95 faizdən 10 faizə düşdüyünü iddia edir:“Dərhal filiala getdim, orada qurdalayıb dedilər problem yoxdur. Onlara inandım, evə döndüm, ancaq sonra gördüm ki, yox düzəlməyib. Yenidən ora qayıtdıqda, mənə dedilər ki, telefonu “Apple”nin servisinə göndərəcəyik. Razılaşdım, halbuki, 14 gün ötməmiş telefonu dəyişməliydilər. Bunlar isə dedi ki, qayda belədir. Lakin bir müddət keçsə də, nəticə olmadı. Əksinə, mənə deyildi ki, guya telefonda problem yoxdur. Oysa ki, öyrəndim ki, telefon heç servisə getməyib. Çünki ki, Apple-nin burada servisi belə yox imiş. Bunlar bilərəkdən müddəti uzadaraq 14 günlük geriqaytarma vaxtını ötürməyə çalışırlar…”.
Bloger daha sonra 102 polis xidmətindən tutmuş, bir çox dövlət qurumlarına qədər şikayət etdiyini deyib. O, hətta Türkiyənin Bakıdakı səfirliyindən də kömək istəyib.
Bununla kifayətlənməyən bloger məhkəməyə də üz tutacağını iddia edib.
Məsələ ilə bağlı mia.az şirkətin mətbuat xidmətinə sual ünvanlasa da, cavab ala bilməyib.
araz.az xəbər portalı.