Səhiyyə Nazirliyi qanunsuz çalışan plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı xəbərdə nazirlik əməkdaşlarının adlarının çəkilməsi məsələsinə münasibət bildirib.

araz.az Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilənlərə əsasən bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları Səhiyyə Nazirliyi ilə birgə aparır: “Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir-neçə vəzifəli şəxslərinin adları hallanır.

araz.az xəbər portalı.