araz.az 32gun.az-ın bu mövzuda olan yazısına əsasən bildirir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşlarının şəxsi obyekt tikintisində işlədilmələrinə dair yayılan videogörüntü rayonunun özündə, o cümlədən sosial şəbəkələrdə əks-səda doğurub.
Sayt qeyd edir ki, sosial şəbəkədə yayılmış məlumatda, MKTİB işçilərinin Ağstafa şəhərində mağaza və obyektlərin tikintisinə məcburi cəlb edilmələri xüsusi olaraq vurğulanıb. Əks təqdirdə, yəni, tikintidə işləmək istəməyən MKTİB əməkdaşları işdən çıxarılma ilə hədələnirlər.
“Sosial şəbəkədə yayımlanan görüntüdə də, məcburi əməyə cəlb edilmə ilə bağlı fikirlər öz əksini tapıb,” — xəbərdə bildirilir.
Yayılmış məlum xəbərdə deyildiyi kimi, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunaraq, şəxsi obyekt tikintisində işlədilmələri ciddi suallar doğurur:
— Obyektlərin maya dəyərinin ucuz başa gəlməsi məqsədilə, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi şəkildə işlədildikləri obyektlər kim(lər)ə məxsusdur?
— Ağstafa RİH-dəki yüksək səlahiyyət sahiblərinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunmasından xəbərləri varmı?
— Görəsən, Rayon İcra Hakimiyyətində yüksək vəzifələr tutan şəxslərin bu obyektlərə aidiyyatı yoxdur ki?
Hər halda, bu suallar gələcəkdə digər xoşagəlməz hallara yol açılmaması üçün, aidiyyatı qurumlar tərəfindən araşdırma predimeti olmalı, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin şəxsi obyektlərdə kimlərinsə göstərişinə əsasən işlədilmələrinin qarşısı dərhal alınmalıdır.
araz.az xəbər portalı.