Qətərin paytaxtı Dohada baş tutan qala gecəsində FİFA tərəfindən futbolda 2024-cü il üzrə ən yaxşıların adları müəyyənləşdirilib. Çox təəssüf ki, yeni siyahıda da, yenə türk adı yoxdur.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid “Real”ının ulduzu Vinisius Junior “FIFA The Best” mükafatlarında ilin ən yaxşı oyunçusu seçilib.
Ən yaxşı məşqçisi mükafatını isə, “Real”ın italyan çalışdırıcısı Karlo Ançelotti qazanıb: ““Mançester Yunayted”də çıxış edən Alexandro Qarnaço FİFA-nın Puşkaş mükafatını əldə edib”.
Mərasimdə kişi və qadın kateqoriyalarında ilin ən yaxşı futbolçusu, qapıçısı, məşqçisi və ilin 11-yi, həmçinin ən yaxşı qol, azarkeş və feyr-pley mükafatları sahiblərinə təqdim olunub:
“İlin ən yaxşı 11-liyi belə olub;
Emiliano Martinez Dani Karvaxal Antonio Rüdiger Ruben Dias Vilyam Saliba Rodry Toni Kroos Jude Bellingham. Laminatlı Yamal Vinisius Junior Erling Haaland
araz.az xəbər portalı.