Türkiyədə otel qiymətləri bahalaşıb. araz.az qlobal.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə son günlər aparılan müzakirələrdən sonra, Türkiyənin istirahət mərkəzləerində qiymətlərin bahalaşması ilə yanaşı, həm də xidmət səviyyəsinin aşağı düşməsi aydın olub.

Qiymətlərin bahalaşmasına səbəb kimi Türkiyədə iqtisadi krizisin artması göstərilir. Maaş azlığına görə, istirahət mərkəzlərində çalışan peşəkar işçilərin bu sahədən uzaqlaşmaları xidmət səviyyəsinə ciddi təsir göstərir.

Qeyd edək ki, Türkiyənin turizm sektorunda baş verən durğunluğun digər səbəbi isə, Rusiya və Ukrayna arasında gedən müharibədir. Hər il Rusiya və Ukraynadan Türkiyəyə gələn turistlərin sayı bu sektorda 55-65 faiz paya sahib olub. Lakin bu göstəricilər hazırda 20-25 faiz nisbətindədir.

Türkiyəyə gələn ərəb turistlərin sayında da ciddi azalmaların olduğu müşahidə edilir. 2022-ci ildə isə, Türkiyəyə gələn turistlərin sayı 21 milyon nəfəri keçərək,  rekord həddə yüksəlmişdi.

araz.az xəbər portalı.