Gürcüstan tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir və silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.
Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia bildirib.
Onun sözlərinə görə, Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir:
“Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.
Nazir müavini Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu deyib:
“Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”.
araz.az
araz.az xəbər portalı.