1596659175 20 08 05 18 48 27 818 decoVirusa görə TƏBİBinizi tənqid etməyin,bir gün işiniz düşər…

Son günlər ölkədə pandemik vəziyyət sabitləşməyə doğru gedir. Artıq bu gündən sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə nisbi yumşaldılmalara başladılıb. Bir müddət əvvəl gündəlik yoluxma 600-ə yaxın idisə,artıq bu gün yoluxma 200-dən azdır. Bütün bunlar təbii ki, görülən işlərin,aparılan səmərəli tədbirlərin nəticəsidir. TƏBİB-in pandemiya dövründə dünya təcrübəsidən istifadə edərək gördüyü operativ tədbirlər artıq öz nəticələrini göstərməkdədir. Bütün çətinliklərə baxmayaraq TƏBİB bu çətin günlərdə ölkədə pandemic vəziyyəti nəzarətdə saxlamağı bacardı, böhrandan az itkilərlə çıxmağa müvəffəq oldu. Doğrudur itkilərimiz var,amma insafən TƏBİB mövcud imkanlar çərçivəsində bəzən hətta mümkünsüzdən də artığını etməyi bacardı. Bütün bunlar TƏBİB rəhbərliyinin,şəxsən Ramin Bayramlının uğuru kimi qiymətləndirilə bilər.
Bu çətin günlərdə görülən işləri təqdir etmək, gərgin rejimdə çalışanlara stimul vermək əvəzinə ağına-bozuna baxmadan TƏBİB-ə,onun rəhbərliyinə qarşı tənqid cəbhəsi açanlar da az deyil. Belələri arasında deputatların da olması həm təəccüblü,həm də təəssüf doğuran bir haldır. Parlamentin komitə iclaslarında Rüfət Quliyev və Musa Quliyev TƏBİB—sərt tənqid ediblər. Rüfət müəllim məktubuna TƏBİB tərəfindən cavab verilməməsindən bərk qəzəblənib, məhz buna görə də bütöv bir qurumun fəaliyyətini şübhə altına alıb. Bir filimdə deyildiyi kimi,”işin bu razqar vaxtında” heç məktub davası etməyin yeridirmi,cənab deputat? Bəlkə heç TƏBİB-in məktuba cavab verməyə macalı yoxdur,camaat canının hayındadır.
Musa Quliyev də TƏBİB-I yaş yuyub quru sərib. Vallah,deyəsən bir çoxları bu çətin günlərdə tənqid etməklə reytinq toplamağa çalışır. Görülən işlərə dəstək olmaqdansa reytinq toplamağa çalışmaq heç də düz əməl deyil. Bu şoğərib virus da çox yaman bir zaddır.Nə deputata baxır,nə nazirə. Virusa görə TƏBİBinizi tənqid etməyin,bir gün işiniz düşər…

Nicat
Rubrika.Az

araz.az xəbər portalı.