pashinyan fikirli

Bizimyol.info-nun suallarını Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli cavablandırır..

Əziz Əlibəyli Əziz Əlibəyli

-Türk ordusunun Azərbaycana gəlişi bu dəfə türk mediasının özü tərəfindən geniş işıqlandırılır, telekanallar açıq şəkildə türk ordusunun ermənilərə gözdağı vermək üçün Azərbaycana gəldiyini yazırlar. Bir çox politoloqlar, elə sadə insanlar da bu fikrə tərəfdardırlar ki, Türkiyə ordusu bu qədər geniş tərkibdə gəlib və daha geri qayıtmayacaq, Qarabağda Azərbaycanın maraqlarını qoruyacaq.Bu mümkündürmü?

– Türkiyə öncələr ölkəmizə, eləcə də Qafqaza Qərbin və ABŞ-ın tərəfdaşı, nümayəndəsi olaraq gəlirdi, ona görə yer tuta bilmədi. Amma, 2020-ci ildə Türkiyə fərqli manerada, böyük hərb ölkəsi olaraq , özünü dəfələrlə Rusiya ilə savaşda göstərmiş güclü bir ölkə olaraq gəlir. O, dronları hesabına Rusiyanın muzdlu vaqnerinə də qalib gəlib.İndi o öz maraqlarını və Azərbaycanı müdafiə edir. Təlimlərin bir hissəsi Aralıq dənizində keçəcək. Türkiyə indi Xəzər dənizində də prosseslərə qoşulacaq. Sualınıza gəlincə, onun hərbi baxımdan Azərbaycanda qalması problemlər yarada bilər, lakin bizim müqavimət göstərməmizi təmin edəcək. Hesab edirəm ki, türklərin Azərbaycanda qalması barədə deyilənlər baş tutmayacaq.

– Rusiya və ABŞ adətən öz hesablaşmalarını başqa dövlətlərin ərazisində həyata keçirir, başqa ölkələrdə meydan sulayırlar. Azərbaycanı Suriyanın taleyi gözləyə bilərmi?

– Azərbaycanın neft-qaz layihələrinin arxasında nüfuzlu şirkətlərin qarantı və Qərb ölkələri var. O qarant heç bir halda təhlükəyə salına bilməz, bunu heç kim edə bilməz.O cümlədən Rusiya. Ona görə, bizi Suriyanın taleyi gözləmir.Artıq Azərbaycan nefti TANAP kəməri ilə qərbi Avropa bazarına qoşulacaq. Bu da bizim bir üstünlüyümüzdür.

– Son günlər Rusiyanın Paşinyana ögey münasibətini görməmək imkansızdır.Paşinyanın taleyi necə olacaq?

– Məncə bu toqquşmalarda Rusiyanın maraları var. Paşinyan qurban veriləcəkmi? Birmənalı cavab vermək çətindir. Paşinyan hakimiyyəti vahid əldə birləşdirsə, seperatçılara qalib gəlsə, hakimiyyətdə qalacaq. Ermənistan ordusu antipaşinyan əhval ruhiyyəsindədir və bu narazı ordunun keçmiş hakimiyyətlə sıx əlaqələri var.Qarşıdakı 1 ayda Paşinyanın taleyinə aydınlıq gələcək. Bilirsiniz ki onun arxasında SOROS Fondu dayanır.

– Bəs eləysə, Paşinyanın gəlməsinə ruslar niyə razı oldular?

– Çünki Ermənistan Rusiyadan həddən artıq böyük maliyyə tələb edirdi, Rusiyanı iqtisadi istismara məruz qoyurdu. Soros Fondu və Qərb lobbisi isə Paşinyanla birgə ölkəyə müəyyən vəsait , investisiya ayıraraq bu yolla Rusiyanı Qafqazdan uzaqlaşdırmağa çalışırdı.

– Nail oldularmı?

– Bunu qarşıdakı bir ay ərzində görəcəyik.Türkiyənin Azərbaycana girməsinin günahını Paşinyanda görən ruslar onu cəzalandıra bilər. Eyni zamanda türklərin F-16 qırıcıları hazırda İrəvana zərbə endirəcək məsafədə sərhədə yaxınlaşıb, təlimlər keçir. Bütün bunlar nəzərə alınacaq.

İlhamə Rəsulova

araz.az xəbər portalı.