1597343009 1Səfir Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Onun ardınca yeni həbslər istisna olunmur, özünə gəlincə, varidatına və biznesinə əl qoyub buraxıla da bilər.
Teref.az xəbər verir ki, politoloq İbad Qubadoğlu məqaləsini belə başlayıb. Qubad İbadoğlu daha sonra yazır:
Mətbuat yazır ki,maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Bu Azərbaycanın müstəqillik tarixində ilk olsa da, ittiham inandırıcı görsənmir, çünki Eldar Həsənovun şəxsi kapitalı ona ayrılan büdcə vəsaitindən dəfələrlə çoxdur. Eldar Həsənov uzun illərdir ki, Cənubi Avropa və Balkanlarda bizneslə məşğul idi.
Eldar Həsənov Serbiyanın rəsmi nümayəndə heyəti ilə bərabər Azərbaycanda səfər də olmalı idi. O şəxsi nüfuzuna, maddi imkanına, əhatə və təsir dairəsinə görə fərqlənən səfirlərdən idi. Odur ki, həbsin siyasi motuvli olması şübhəsizdir, onun həbsi çox güman ki, daxildə qruplar arasında savaşın nəticəsidir. Böyük ehtimalla Eldar Həsənov həbs olunan birinci və sonuncu səfir olmayacaq, ondan sonra səfirliklərdən tutulanlar, işdən çıxarılanlar, eləcə də olduqları ölkədən siyasi sığınacaq istəyənlər yanaşı, mərkəzi icra hakimiyyətindən, hüquq mühafizə orqanlarından və iri dövlət şirkətlərindən də yeni həbslər gözlənilir. Bütün bunlar isə həm hakimiyyətdaxili mübarizənin, həm də mərkəzi hakimiyyətə etimadsızlığın güclənməsinə gətirib çıxaracaq.
Eldar Həsənova gəlincə, onun biznesinə əl qoyub, yığdıqlarını alıb, müəyyən müddətdən sonra ev dustaqlığı adı ilə azad ediləcəyi də istisna olunmur.

araz.az xəbər portalı.