ghj7434“Azsiyasət.com” saytına daxil olan məlumata görə, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş Baş prokuror Eldar Həsənovun həbsindən sonra onun Serbiyada yaşayan oğlu və yaxınları da saxlanılıb. 

“Azsiyasət.com” məlumatı dəqiqləşdirmək üçün E.Həsənovun Azərbaycanda yaşayan qohumu, sabiq deputat Əlövsət Ağalarovla əlaqə saxlayıb. Ə.Ağalarov öncə E.Həsənovun həbsinə münasibət bildirib: “Onun həbsinə münasibətim mənfidir. İndi istiqantaq gedir, görək nə olacaq”. 

Ə.Ağalarov E.Həsənovun oğlunun həbs olunduğu ilə bağlı məluamata da münasibət bildirib: “Elə bir şey yoxdur, oğlu həbs edilməyib”. 

Qeyd edək ki, Ə.Ağalarov E.Həsənovun yaxın qohumudur. E.Həsənov Azərbaycandakı əksər işlərini qardaşı Şahin Həsənov və Əlövsət Ağalarov vasitəsilə həyata keçirib. Onun Azərbaycandakı jurnalistlərlə, ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərlə və dövlət adamları ilə əlaqələrində bu şəxslər vasitəçi olublar. Eyni zamanda, E.Həsənovun buradakı biznesinə də nəzarət ediblər. 

Ş.Həsənov “AzVirt” Almaniya Azərbaycan şirkətində Beynəlxalq layihələr üzrə məsləhətçi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları İnstitutunun Azərbaycan üzrə koordinatorudur. TACİS VƏ TRASECA proqramlarının Azərbaycanda ilk koordinatoru olub. Hal-hazırda Azərbaycan Texniki Universitetində “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizliyi” kafedrasında professor vəzifəsində işləyir.

Şahin Həsənov

 

f74195 496dd0a6948143e48b067de27178d230 mv2

araz.az xəbər portalı.