ABŞ dünya miqyasında ən çox soyqırım törətmiş dövlətdir - Deputat

25.04.2021

ABŞ dünya miqyasında ən çox soyqırımlar törətmiş dövlətdir.

1992-ci ildə Ermənilərin xüsusi qəddarlıqla, vəhşiliklə törətdiyi Xocalı soyqırımına Amerika Birləşmiş Ştatları 30 ildir heç bir qiymət verməyib və tanımayıb.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə Ermənilər Azərbaycana qarşı Xocalı soyqırımı törətdikdən 2 ay sonra ABŞ Ermənistan əvəzinə Azərbaycana qarşı çox məşhur olan 907-ci sanksiyanı tətbiq etdi. Budurmu Amerikanın ədaləti?

"Qısa tarixə nəzər salsaq deyə bilərik ki, ABŞ dünya miqyasında ən çox soyqırımlar törətmiş dövlətdir. Amerika "erməni soyqırımı"nı tanımadan öncə 1945-ci ildə Naqasaki və Xerosima da törətdiyi soyqırımları yadına salsın. Bəşəriyyətə qarşı atom silahından istifadə etdi, yüz minlərlə insanın həyatına son qoydu bunlara qiymət versin. Koreyada, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə törətdiyi soyqırımları gözünün önünə gətirsin. Amerika bu gün də Orta Şərq də qırğınlar törədir. Onun əli ilə terror dəstələri yaradılır, maliyyələşdirilir və insanlığa qarşı saysız-hesabsız terrorlar törədilir. Bunların hər birinin arxasında ABŞ dayanır".

Elman Məmmədov ABŞ prezidenti Baydenin yerli Amerikalı olmadığınıda qeyd edib:

"Onun bababları 200-250 il bundan öncə Avropadan Amerika qitəsini gələnlərdir və onlar gəldikdə Amerika qitəsində şimali Amerikada yerli əhaliyə qarşı soyqırım törədiblər. Yəni bütün bu hadisələrə görə utanmırlarmı bunlar? Düşünmürlər ki, son 100 il də onlardan başqa insanlığa qarşı amansız soyqırımlar törədən millət yoxdur. Co Bayden prezident seçkiləri ərəfəsində ABŞ-da yaşayan ermənilərin ona dəstəyinin əvəzində ermənilərə haqq verdi. Digər tərəfdən isə o 300 milyonluq türk dünyasına qarşı çıxdı, olmayan bir şeyi qəbul etdi. Amerikadan başqa bir sıra dövlətlər bu günə kimi qondarma "erməni soyqırımı"nı tanıyıblar. Türkiyəyə nə edə biliblər? Amerika bunu tanımaqla neynəyəcək? Əksinə bu hərəkəti ilə Türkiyə kimi çox mühüm strateji əhəmiyyəti olan, dünya çapında böyük nüfuza sahib olan dövləti, müttəfiqini itirir. Amerika bu hərəktdən sonra dünya da çox güclü qütbləşməyə səbəb olacaq. Co Bayden gəldi gedərdir, ömürlük prezident deyil, ABŞ dövlət siyasətinə nəzərə salsın və görsün ki, böyük səhvə yol verdi.

Türkiyə güclü, böyük, qüdrətli dövlətdir, haqq ədalət yolundadır. 1915-ci il ərəfələrində Osmanlı dövlətinin ərazisində ermənilər, fransızlar, amerikalılar türklərə qarşı soyqırımlar törədiblər lakin bunu əksinə yozurlar. Mən hesab edirəm ki, Türkiyə bununla sarsılmayacaq, öz yolu ilə gedəcək, daha güclü olacaq və Azərbaycan-Türkiyə dostluğu belə haqsızlıqlara qarşı bundan sonrada daha güclü mübarizə aparmalıdır".

Deputat Xocalı soyqırımı məsələsinə də toxunub:

"ABŞ-ın siyasi dairələri, rəhbərliyi Xocalı soyqırımı ilə bağlı çox dəqiq məlumatlara malikdir və hər il Xocalı soyqırımı ərəfəsi Amerika ərazisində hörmətli Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası adı altında kütləvi tədbirlər keçirilir. ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. İndi gözləyirik ki, Amerika bütövlükdə dövlət kimi Xocalı soyqırımını tanısın və ədalətli mövqeyini nümayiş etdirsin. Həqiqətən soyqırımı pisləyirsə, qarşı çıxırsa Xocalı soyqırımını tanısın".

Mehri QURBAN

Əlaqəli xəbərlər