Füzuli Beynəlxalq Hava Limanı Moldova mətbuatında

WhatsApp Image 2021 09 05 at 20.37.12

Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu xəbər portalları işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna -- Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin enişi barədə məqalələr yayıb. Materialları əsasında “tribuna.md”, “ava.md” və “noi.md” saytlarında dərc edilən məqalələrdə qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340 - 500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik olaraq, həmin təyyarə "Qarabağ" adını daşıyır.
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747 - 400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Bakı -- Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.
Həmin məqalələrdə xüsusi olaraq vurğulanıb ki, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yolla birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, Hava Limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Həmin yazıları bu linklərdən oxuya bilərsiniz:

1.https://tribuna.md/ru/2021/09/05/azal-karabah-samolet-aeroport-fuzuli/
2.https://noi.md/ru/v-mire/prinadlezhashhij-azal-samolet-karabah-prizemlilsya-v-fizulinskom-ajeroportu?prev=1
3.https://ava.md/2021/09/05/prinadlezhaschiy-azal-samolet-karabah/

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər