Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçirilən tədbirlər Moldova mətbuatında

WhatsApp Image 2022 08 19 at 02.35.20 3

SSRİ-nin və Azərbaycanın dünya şöhrətli xalq artisti olaraq tarixə düşən opera və estrada müğənnisi, dahi bəstəkar Müslüm Maqomayevin avqust ayının 17-də yüksək səviyyədə qeyd olunan 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə keçirilən maraqlı tədbirlər barədə, Moldova mətbuatı da geniş məlumatlar yayıb.

WhatsApp Image 2022 08 19 at 02.35.59

Bu barədə, Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a verilən məlumatda bildirilir ki, həmin tədbirlər, digər media vasitələri ilə bərabər, ölkənin aparıcı Canal3, Canal2, Publika JutnalTV telekanallarında da, rumın və rus dillərində geniş işıqlandırılıb. Sözügedən məqalə və reportajlarda dünya şöhrətli müğənninin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, bu açılış mərasimində dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyev cənablarının çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert barədə danışılıb və geniş yazılar dərc olunub. Bundan əlavə, Moldova mətbuatında xatirə gecəsində Ulu Öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlərin nümayişi olub, görkəmli müğənni və bəstəkarın repertuarından səsləndirilən əsərlər və onun haqqında nümayiş olan video-çarxlar barədə söz açılıb, o cümlədən, dövlətimizin rəhbəri İlham Əliyevin bu dahi şəxsiyyət barədə çıxışı geniş işıqlandırılıb.

WhatsApp Image 2022 08 19 at 02.36.19
Moldova mətbuatındaki həmin maraqlı materialların linkləri bunlardı:
https://noi.md/ru/obshhestvo/segodnya-muslimu-magomaevu-ispolnilosi-by-80-let?prev=1;
https://www.jurnaltv.md/news/289d01f9a6e248d9/seara-in-memoria-lui-muslim-magomaev-la-baku-la-80-de-ani-de-la-nasterea-renumitului-cantaret-si-compozitor.html;
https://dosarmedia.md/ziua-lui-muslim-eveniment-de-amploare-la-baku-organizat-de-fundatia-heydar-aliyev/;
https://politik.md/baku-sarbatoreste-cea-de-a-80-a-aniversare-a-lui-muslim-magomayev/;
https://dosarmedia.md/ziua-lui-muslim-eveniment-de-amploare-la-baku-organizat-de-fundatia-heydar-aliyev/;
https://ru.publika.md/grandioznyy-koncert-v-pamyat-o-velikom-mayestro-v-baku-otmetili-yubiley-muslima-magomaeva_2229377.html;
https://www.canal3.md/ru/grandioznyj-koncert-v-pamyat-o-velikom-maestro-v-baku-otmetili-yubilej-muslima-magomaeva_110012.html;
https://ru.primelestiri.md/grandioznyj-koncert-v-pamyat-o-velikom-maestro-v-baku-otmetili-yubilej-muslima-magomaeva---125451.html;
http://www.canal2.md/news/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-marelui-cantaret-muslim-magomayev_149163.html;
https://www.publika.md/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-marelui-cantaret-muslim-magomayev_3128748.html;
https://primelestiri.md/la-baku-a-fost-inaugurat-un-monument-in-memoria-mareului-cantaret-muslim-magomayev---125463.html...

WhatsApp Image 2022 08 19 at 02.36.41

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər