Professor "Şuşa ili" münasibəti ilə, Mətbuat Şurasının diplomuna layiq görülüb

elchin-ahmedov-2.jpg
 
           Beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə və “Şuşa İli” münasibəti ilə, Azərbaycan Mətbuat Şurası tərəfindən təltif edilib. 
           Bu barədə, media qurumundan araz.az-a daxil olan məlumata görə, Şuranın sədri Rəşad Məcid ona Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.