Mirsaleh Seyidov töhmət aldı

thumb600x0 2

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov töhmət alıb. 

Bu barədə Azsiyaset.com-a daxil olan məlumatda qeyd olunur. 

Bildirilir ki, M.Seyidov işində yol verdiyi nöqsanlara görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov tərəfindən cəzalandırlıb və bir neçə gün bundan öncə onun barəsində töhmət qərarı verilib. 

Qeyd edək ki, M.Seyidov Penitensiar Ximətin "Boz kardinalı" kimi tanınır, ölkənin cəzaçəkmə müəssisələrində baş verən bütün proseslərin əsas "dirijoru" hesab olunur.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər