Xalqı maraqlandıran bir nömrəli məsələ şadlıq evlərinin açılmasıdır...

TOY7

“Mənim mübarizəm” seriyasından növbəti, səkkizinci kitabım neçə vaxtdır nəşrə hazırdır. Kitabı nəşr etmək üçün hec cürə maliyyə tapa bilmirdim. Maliyyə tapmaq istiqamətində bir neçə cəhdim uğursuzluqla nəticələndi. Axırda utana-utana bir dostuma müraciət etmək məcburiyyətində qaldım. “Məcburiyyətində qaldım” sözün təsadüfən işlətmədim. “Məcburiyyətində qaldım” sözünü ona görə işlətdim ki, dostumun da vəziyyəti heç o qədər də yaxşı sayılmaz .

Həqiqətən biabırçı, rüsvayçı, faciəvi vəziyyətdir. Adam oturub bu vəziyyət haqqında dərindən düşünəndə istisnasız olaraq ölkəylə, xalqla bağlı hər şeyə inamını itirir. On milyonluq ölkədə normal bir ədəbiyyat müsabiqəsi keçirilmir. On milyonluq ölkədə müəlliflərə qonorar verən yarımmüstəqil bir ədəbiyyat jurnalı yoxdu. Amma xalq həm də istəyir ki, onun yazıçıları Biləcəridən o tərəfdə tanınsın, məşhurluq qazansın. Mənə elə gəlir ki, onlar bu istəklərində bir qram da səmimi deyillər. Azərbaycan xalqı ədəbiyyatının Biləcəridən o tərəfdə tanınmamasından həzz alır və yazıçıları nəzərdə tutaraq “sizi Biləcəridən o tərəfdə tanıyan yoxdur” sözlərini dilə gətirən adamlar çox sevincli görünürlər. “Sizi Biləcəridən o tərəfdə tanıyan yoxdur” deyən adamlar vəziyyətin belə hal almasından çox məmnundurlar və bu sözlərdə açıq-aşkar həqarət, kinayə, həmçinin qələbə sevinci hiss olunur.

Gürcüstanda keçirilən bir ədəbiyyat müsabiqəsi haqqında xəbərin linkini yaxınlarda bir yazıçı həmkarıma göndərdim və yazdım ki, Azərbaycanda belə bir ədəbiyyat müsabiqəsi yoxdu. Gəl, əli haralarasa, lazımı orqanlara, təşkilatlara çatan, müəyyən mənada sözü eşidilən adamlara müraciətlər edək, bu mövzuda yazılar yazaq, bəlkə bizimkilər də özlərində təpər tapıb, hərəkətə keçərlər, bəlkə bizimkilər də nələrsə etməyə çalışarlar. Yazıçı həmkarım acı bir həqiqətlə məni üz-üzə qoydu. Dedi ki, a kişi, onlar nəyin lazım olduğunu, nəyin lazım olmadığını səndən, məndən min dəfə yaxşı bilirlər. Bilməsələr, birtəhər yolunu tapıb başa salarıq ki, filan, filan şeyləri etmək mütləq lazımdır. İstəmirlər, başa düş, is-tə-mir-lər….

Yaxşı, indi əyri oturaq, düz danışaq, ədəbiyyatla əlaqəli, ədəbiyyatın inkişafına cavabdeh təşkilatlar, məmurlar müsabiqələr keçirmək istəmirlər, ədəbiyyatın canlanmasında maraqlı deyillər. Xalq da laqeyd və vecsizdir. Xalqı bu dəqiqə narahat edən, maraqlandıran bir nömrəli məsələ şadlıq evlərinin açılması, toy, nişan, xınayaxdı mərasimlərinin keçirilməsinə icazənin verilməsidir. Bəs belə olduğu halda bir yazıçı nə etməlidir, başına haranın külünü tökməlidir?

Ən dəhşətlisi bilirsiniz nədir? Ən dəhşətlisi odur ki, bu mövzuda yazılar yazanda bir qrup adamlar öz aləmlərində hazırcavablıq nümayiş etdirərək tez deyirlər: “Yazılarında təkrarçılıq edir…. Əlindən tutan var, get əsərini yaz də”. Başım çıxmır, əldən tutmaq daha necə olmalıdır? Əldən tutmağın buynuzu olur? On milyonluq ölkədə bir dənə ədəbiyyat müsabiqəsi keçirilmir, on milyonluq ölkədə müəlliflərə qonorar verən yarımmüstəqil bir ədəbiyyat jurnalı yoxdur və sən bu barədə yazılar yazanda həyasız, tərbiyəsiz, insafsız, ədalətsiz adamlar deyirlər ki, yazılarında təkrarçılıq edir, əlindən tutan var, get əsərini yaz də… İnsanda tərbiyə, mərifət, insaf, ədalət hissi, anlayış yaxşı şeydir. Belə yerdə yaxşı deyiblər: “Döyürlər, ağlamağa da qoymurlar”. “Yazılarında təkrarçılıq edir, əlindən tutan var, get əsərini yaz də” deyənlər guya hələ Allah qoymasa azdan-çoxdan ağlı başında olan, azdan-çoxdan savadlı, ictimai-siyasi cəhətdən azdan-çoxdan aktiv adamlardır. İndi görün yerdə qalanlar nə gündədirlər. Yerdə qalanlar ümümiyyətlə, yerli-dibli mövcud deyillər. Hə, onlar yeyirlər, gəzirlər, yatırlar, televizora baxırlar, nələrsə danışırlar, başlarını qaşıya-qaşıya övladlarına öyüd-nəsihət verirlər, amma onları canlı adamlar hesab etmək olmaz. Onları canlı adamlar hesab etmək sivilzasiyaya, bəşəriyyətə qarşı cinayətdir. Onlara olsa-olsa, ancaq “ölü canlar” demək olar. Bəli, məhz “ölü canlar”. Qoqol bizim “ölü canları” görsəydi, necə bir səviyyəsiz və mənasız, məzmunsuz, zəif əsər yazdığını dərindən dərk edərdi.

Facebook səhifəmdə iyirmi yeddi min adam var. Bu iyirmi yeddi min adamdan iki yüz yetmişi gedib kitab almır. Almır də, zorla deyil ki? Yazırsan, danışırsan, müsahibələr verirsən, hər fürsətdə vəziyyətin ağırlığını izah edirsən, reaksiya sıfır. Elə bil bataqlığa daş atırsan. Heç bu bataqlığa daş atmaq bənzətməsinin özü də xeyli dərəcədə zəif bənzətmədir. Vəziyyəti daha dəqiq ifadə edən bənzətmə axtarıb tapmaq lazımdır. Lazımdır yazıram, amma o bənzətməni tapmaqda acizəm.

Bəs yaxşı, bu adamlar nə istəyirlər? Məqsədləri, məramları, niyyətləri nədən ibarətdir? Heç nə, tum çırtlaya-çırtlaya oynatmağa meymun, kloun axtarırlar.

Kloun demişkən, bir neçə gün əvvəl mətbuatda oxudum ki, Bakı Dövlət Sirki Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər axtarışına çıxıb. Seçim zamanı sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə üstünlük veriləcək. Namizədlər tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim edə bilərlər.

Musiqiçi, akrobat, güləşçi, kəndirbaz axtarışını başa düşdük, ölkədə bu qədər kloun olduğu halda Bakı Dövlər Sirki niyə kloun axtarır, bax bunu başa düşmək çətindir. Həm də ki, Bakı Dövlət Sirkinin ənənəvi klounları daha müasir, kreativ, çevik, həqiqi klounları necə, hansı nömrələrlə, hansı üsullarla təcübləndirə, əyləndirə biləcəklər? Etiraf edək ki, ənənəvi klounların həqiqi, çevik, kreativ, müasir klounları əyləndirməsi, onlarda maraq oyatması çox müşkül məsələdir.

Somerset Moem deyirdi ki, teatrın ətrafında baş verən hadisələr, teatrın özündən daha maraqlıdır. Somerset Moemin sözü olmasın, axı Azərbaycanın ictimai-siyasi-mədəni həyatı Bakı Dövlət Sirkindən daha cəlbedici, daha rəngarəngdir. Fikrimizi başqa cür ifadə etsək, Bakı Dövlət Sirki Azərbaycanın ictimai-siyasi-mədəni həayatının yanında çox boz, miskin, cılız görünür. Məsələn, tutaq ki, Erkin Qədirli, İlqar Məmmədov bilet alırlar, kamali-ədəblə gedirlər Bakı Dövlət Sirkinə əylənməyə, sovet vaxtının təbirincə desək, vaxtlarını səmərəli keçirməyə. İndi Bakı Dövlət Sirkinin ənənəvi klounları bu adamları necə əyləndirsinlər, necə təəcübləndirsinlər, necə güldürsünlər? Üzü-gözü boyanmış, yalançı burun taxmış, al-əlvan kombinezon geyinmiş ənənəvi klounlar nə etsinlər, nə göstərsinlər ki, Erkin Qədirliyə, İlqar Məmmədova maraqlı olsun? Uzaqbaşı dombalaq aşacaqlar, ya da bir kloun, başqa bir klounun dalına təpik vuracaq. Bu kimi hərəkətlər Erkin Qədirli, İlqar Məmmədov kimi adamlar üçün çox maraqsız, obrazlı söyləsək, samovarla Tulaya getmək kimi bir şey olacaq…

Seymur BAYCAN

Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?

bakiyeni

Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.

Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.

Əslində, son illərdə Azərbaycanda dövlət idarəetmə orqanlarının strukturunda müəyyən dəyişikliklər aparılıb. 2017-ci ildə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. 2019-cu ildə isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

"Padşahlar, xanlar olub"

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malikdir, amma bu dövlətçilik tarixinin böyük bir hissəsi monarxiya üsulu ilə idarəçilik olub: "Padşahlar, xanlar olub. Bunlar da - baxmayaraq ki, çox güclü hüquq və məhkəmə sistemi olub, - daha çox təkhakimiyyətliliklə, hakimiyyəti atadan oğula ötürməklə idarə edib. O vaxt nazirliklərə ehtiyac olmurdu, vəzir, vəkil kimi vəzifələr var idi".

Deputatın sözlərinə görə, dövlət idarəçiliyi çətin bir sistemdir və hər xalq öz ənənələrinə uyğun olaraq onu yaradır: "Ona görə də burada bir doqma yoxdur ki, konkret qəlib olsun, ona uyğun da bütün dövlətlər aparatını qursun".

"Azərbaycanda sistem sovet dövründən qalıb"

S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanda sistem sovet dövründən qalıb. Onun xatırlamasına görə, Azərbaycanda hətta o vaxt bəzi sahələr məhdud olub: "Məsələn, respublikalarda Xarici İşlər Nazirliyi var idi, amma onlar çox az iş görürdü, çünki xarici siyasət Moskvada həll olunurdu. Buna baxmayaraq, nazirlik bizdə də var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiyadan ayrıldıq, amma nazirliklər qaldı. Dövlətin inkişaf prosesində lazım olmayan nazirliklər sıradan çıxdı".

"Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb"

Deputatın fikrincə, ona görə də nazirliklərin sayı problem deyil: "Bu gün 17-dir, sabah 15 ola bilər. Yəni, hansı nazirliklər artıq lazım deyilsə və ya hansılar birləşə bilərsə, onlarla bağlı proses gedəcək. Hər halda Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb. Güman edirəm ki, bir neçə ilə bu məsələ özü tənzimlənəcək".

İqtisadçı Qubad İbadoğlunun isə AzadlıqRadiosuna bildirməsinə görə, koronavirus pandemiyası dövründə Azərbaycanda gedən proseslər göstərdi ki, həm dövlət idarəetməsi, həm də dövlətin şirkət idarəetməsi təkmilləşdirilməlidir: "Bu zaman dövlət idarəetməsində maliyyə səmərəliyi, vətəndaşlara xidmət baxımından şəffaflıq və məmnunluğu təmin edən yeni bir sistemin təqdimatına ehtiyac var".

"Bu fərmanlar kağız üzərində qalır"

Ekspert qeyd edib ki, Azərbaycanda zaman-zaman dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlar imzalayıb: "24 noyabr 2016-cı ildə imzalanmış "Azərbaycan Respublikasında dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman var. Eyni zamanda, 2019-cu ildə yanvarın 14-də də prezident dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Görsənir ki, müəyyən cəhd var, amma nəticə yoxdur, çünki siyasi iradə zəifdir və bu fərmanlar kağız üzərində qalır".

Q.İbadoğlu deyir ki, Dünya Bankının hökumətin effektivliyi indeksinə görə, Azərbaycanda 2019-cu ildə 2018-ci illə müqayisədə vəziyyət daha da pisləşib: "Dövlət idarəçiliyində korrupsiya yüksəkdir. Bunu Dünya Bankının hesabatları da təsdiq edir. Yəni, bu gün idarəetmə məsələsinin təkmilləşdirilməsi işi günün tələbidir".

"Şişmiş dövlət aparatı…"

Onun sözlərinə görə, pandemiya da göstərib ki, bəzi sahələrdə mütləq dəyişikliklər olmalıdır: "Həm də bu şişmiş dövlət aparatı dövlət büdcəsinə böyük yükdür. İmkanlar əvvəlki kimi geniş deyil, neftdən gələn pullar əvvəlki kimi çox deyil. Ona görə də idarəetmə ilə əlaqəli prezident fərmanları, eyni zamanda strateji yol xəritələrində qeyd olunan məsələlər öz həllini tapmalıdır".

Q.İbadoğlu hesab edir ki, nazirliklərin və komitələrin sayı azalmalıdır: "Hazırda Azərbaycanda 17 nazirlik var. Təklif edirəm ki, onların sayı 11-ə qədər azaldılsın, çünki bir çox nazirliklər bir-birini təkrarlayır. Nazirliklərin əsas funksiyası həmin sahədə dövlət siyasətini müəyyənləşdirməkdir. Amma onlar həm də kommersiya fəaliyyəti ilə məşğuldur. Bu isə qəti yolverilməzdir"

araz.az

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

1620979491 Vilayət Eyvazov

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

araz.az xəbər verir ki , unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.

Murad İBRAHİMLİ

"WhatsApp"la bağlı xəbərdarlıq edildi - Bu gündən...

vatsap

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.


araz.az xəbər verir ki, bu barədə "Facebook" məlumat yayıb.


Bildirilib ki, istifadəçilər 15 may tarixinədək bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə "WhatsApp" tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.


Xatırladaq ki, "WhatsApp" qeydiyyat müqaviləsinə fərdi məlumatların "Facebook"a köçürülməsinə dair bənd əlavə etməsi istifadəçilərinin tənqidinə səbəb olub.

 

 

araz.az

Azərbaycana gətiriləcək vaksinlə bağlı MÜHÜM XƏBƏR

vaksin9

Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir”.

araz.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

“Bir daha vurğulamaq istəyirəm, biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik. Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir.

Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”, deyə nazir bildirib.

 

 

araz.az

3 -dən səhifə 157

Əlaqəli xəbərlər