“Azərsutikinti” ASC sədri Yusif Hümbətov “Dərnəgül”də milyonluq obyekt tikdirir – FOTO

1620122539 169576694 733520487331134 6386187920126479264 n
 
Azərbaycanda mövcud qanunvericilik məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma məmurlarımızın böyük əksəriyyəti bu qadağanı görməzdən gəlməkdədir. 
Son illər isə vəzifədə olan məmurların əksəriyyəti şəxsi biznes sahələrini açıq şəkildə genişləndirməyə başlayıblar. 
Belə məmurlardan biridə Milli Məclisinin I çağırış üzvü, vaxtilə Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin müdiri və hazırda "Azərsutikinti” ASC sədri vəzifəsini daşıyan Yusif Hümbətovla bağlıdır.
AzFakt.com-un əldə etdiyi məlumata görə "Azərsutikinti” ASC sədri Yusif Hümbətov Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 29 ünvanında ümumi sahəsi 1300 kvadrat metr olan 1 mərtəbəli anbar tikdirir. Paytaxtın ən bahalı rayonlarından birində inşa edilən anbarın hazırkı bazar qiymətinin bir neçə milyon manat olduğu deyilir. 
Qeyd edək ki, ölkə mətbuatında Yüsif Hümbətovun adı "Azərsutikinti” ASC-nin əmlaklarını ələ keçirilməsində hallanır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Açıklama yok.

Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO

3818241

Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitələrinə təhkim edilən sonuncu kod (rəqəm) 99 olub. Hal-hazırda nəqliyyat vasitələri üzərində qeydiyyat əməliyyatı aparan şəxslərə 110 kodu ilə qeydiyyat nişanları verilir. 

DİN Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, bu nömrələr DYP tərəfindən verilməyib.

Əldə etdiyimiz məlumata görə, bu nömrələr Kənd Təsərrüfatı Nazirliyi tərəfindən traktor və digər kənd təsərrüfatı texnikalarına verilir.


Fərid

MAYIN 3-dən BAŞLAYIR - Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!

photo 63043445

Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

 

 

araz.az

"Bakı Metropoliteni" QSC məlumat yaydı

METRO13

"Nərimanov" elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir.

araz.az xəbər verir ki ,“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.

Ümumən, bu işlər "Nərimanov" elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir. Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.

Onu da qeyd etmək lazımdır ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib.

Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib.

Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.

Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.

Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac- şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir.

Tədbirlər çərçivəsində yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.

Həmid Zeynalova vəzifə verildi

bakustil

Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.

araz.az  xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.Report

6 -dən səhifə 157

Əlaqəli xəbərlər