MAYIN 3-dən BAŞLAYIR - Əhaliyə CİDDİ XƏBƏRDARLIQ!

photo 63043445

Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

 

 

araz.az

Həmid Zeynalova vəzifə verildi

bakustil

Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.

araz.az  xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.Report

Muharrem Kasapoğlu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

azad56raza

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

araz.az-ın məlumatına görə, Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun" - paylaşımda bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

 

araz.az

Adil Əliyev: “Azad Rəhimov həm yaxşı nazir, həm də çox gözəl insan, əsl dost idi”

adilaliyev66

Milli Məclisin sədr müavini Adil Əliyev Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

araz.az-ın xəbərinə görə, A.Əliyev deyib:

“Azad Rəhimov həm yaxşı nazir, həm də çox gözəl insan, əsl dost idi. Allah Azad müəllimə rəhmət etsin, ailəsinə, yaxınlarına səbr versin”.

 

 

araz.az

Bu gün ilk Qədr gecəsidir

ramazan12

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

araz.az xəbər verir ki, ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.

 

 

araz.az

7 -dən səhifə 157

Əlaqəli xəbərlər