Sabahdan birinci siniflərə şagird qəbulu başlayır

sagirdler56

Sabahdan, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

araz.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Pravda.az

Azərbaycanda virusdan ölənlərin sayı niyə yüksəkdir?

koronavirustest

Artıq həftələrdir Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanlar arasında gündəlik ölüm 30 civarında dəyişir. Halbuki, yoluxma gündəlik ölümün bu qədər olduğu dönəmlərlə müqayisədə bir elə də yüksək deyil.

AzadliqRadiosunun yaranmış durumla bağlı müraciət etdiyi ekspertlər narahatlıqlarını bölüşür. Professor Adil Qeybulla da ölüm sayının çox olmasının narahatlıq doğurduğunu bildirib:

“Əhali sayını götürdükdə, başqa ölkələrlə müqayisədə Azərbaycanda ölüm sayı yüksəkdir. Bu, birinci növbədə onunla izah olunur ki, insanlar xəstəxanaya ağır durumda gedirlər. İkinci, xəstəxanaların daxilindəki durumdan xəbərsizik, yəni xəstə sayı çarpayı sayına yaxın olanda nəzərə alın ki, tibb personalı da yetərincə deyil.”

Professorun fikrincə, qeyd edilən amillər təsirsiz ötüşmür: “Nəhayət, virusun mutasiya olunmuş ştammların həm yoluxuculuq, həm də başqa təsir edən amilləri də var. Sadaladıqlarım ölüm faizinin yüksək olmasında özünü göstərir”.

Adil Qeybulla bildirir ki, hazırda növbəti mutasiya ştammlarından biri Litva mutasiyasıdır, onun yoluxuculuq xüsusiyyəti elə yüksək deyil.

Adil Qeybullanın qənaətincə, virus yay fəslinə qədər xeyli zəifləyəcək: “Digər tərəfdən peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”.

Milli Məclisin deputatı Məlahət Həsənova isə indiki vəziyyətdə çətinlik yaradan əsas amil kimi nəqliyyatda sıxlığın olduğunu göstərib: “Çünki metronun fəaliyyətinin dayandırılması istər-istəməz insanları avtobuslara yönəldir, onlarda isə sıxlıq yaranıır. Nəticədə yerüstü ictimai nəqliyyat metronun daşıdığı yükü götürə bilmir. Hamımız da bilirik ki, paytaxtda ən çox sərnişin daşıyan nəqliyyat metrodur. Təsvvür edin ki, böyük ərazini əhatə edən metro işləmirsə, avtobuslarda hansı saxlıq yaranır.”

Üstəlik, deputatin fikrincə, nə qədər qoruyucu maskalardan istifadə olunsa da, hamı qaydalara tam riayət etmir: “ Məsafə gözlənilmir, maskadan düzgün istifadə edilmirsə, yoluxma artmacaq. Ona görə də nəqliyyat sahəsində tənzimlənməyə ehtiyac var. Başqa amil evdə xəstəliyi yüngül keçirənlər də kənara çıxırlar və yayırlar, bu mənada onlara ciddi nəzarət lazımdır. Türkiyədə evdə xəstəliyini keçirənlərə qarşı polis rejimindən istifadə edilir, hətta küçələrdə nəzarətçilər olur. Təəssüf ki, bizdə bu yöndə zəiflik var. Sadaladığım amillər xəstələrin artmasına təsir göstərir.”

Məlahət Həsənova hazırda dünyada koronavirusa qarşı mübarizədə yeni qaydanın kəşf olunmadığını bildirib: “Ölkələr yenə də əsas 3 qaydaya riayət edirlər: maskalardan istifadə, sosial məsafə və peyvəndlənmə. Bir sıra ölkələrdə insanlar məhdudlaşdırıcı qaydalara böyük etiraz aksiyaları keçirirlər. Bəli, canlı varlıq olan insanlar psixoloji cəhətdən yorulurlar. Son vaxtlar Avropa ölkələrində və Türkiyədə yoluxma sayı artıb. Belə olanda, insanlar məlum 3 qaydaya riayət etməlidir”.

araz.az

Konstitusiya Məhkəməsi xəstəyə kömək göstərməmə maddəsini şərh edib

1234567890

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin hakimi P.Hacıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi R.Abdulovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi O.İsayevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi təqsirin ehtiyatsızlıq formasında törədilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

araz.az

Bu vəzifəli şəxslər işdən çıxarıldı

senedlesme34

Masallı rayonunda iki məktəb direktoru tutduqları vəzifədən azad edilib.

araz.az xəbər verir ki, Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov müvafiq əmrlə tutduqları vəzifələrindən çıxarılıblar.

Buna səbəb onların işlərində yol verdiyi bir sıra nöqsanlardır.


Report 

Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”

modern

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

 

Məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışılsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaratdıq.

Hadı Rəcəbli saytımıza açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.


Hadı Rəcəbli bir neçə il bundanöncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

Modern.az

8 -dən səhifə 157

Əlaqəli xəbərlər