Konstitusiya Məhkəməsi xəstəyə kömək göstərməmə maddəsini şərh edib

1234567890

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin hakimi P.Hacıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi R.Abdulovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi O.İsayevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi təqsirin ehtiyatsızlıq formasında törədilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

araz.az

Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”

modern

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

 

Məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışılsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaratdıq.

Hadı Rəcəbli saytımıza açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.


Hadı Rəcəbli bir neçə il bundanöncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

Modern.az

ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldı

1618990219 750 450

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Şuradan Qazet.az-a bildirilib ki, iclasda 20 aprel 2020-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

MTRŞ "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

 

 

araz.az

Rüşvətxor həkim şəbəkəsinə qarşı xüsusi əməliyyat hazırlanır

1619018513 2020 12 25 14 47 07xux79ymuswfukodq5cxq file

Azərbaycan hökuməti bütün lazımi tədbirləri həyata keçirərək dünyadakı epidemiya prosesinə - XXI əsrin dəhşətli vəbasına qarşı mübarizə aparır. Qısa müddət ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli xəstəxana tikilib, yoluxmuş şəxslər üçün 40 mindən çox çarpayı yeri, virusun aşkar edilməsi üçün 42 laboratoriya yaradılıb.

Azərbaycanda hər gün 20 min test aparılır və pandemiyanın ilk günündən 2 milyon 400 mindən artıq insan yoxlamadan keçirilib. Azərbaycan epidemiyanın qarşısının alınması üçün müxtəlif vaksinlər idxal edir, hansı ki, dünya ölkələrinin böyük hissəsi bunu ala bilmir. Yəni hökumət aqressivcəsinə irəliləyən şərlə mübarizədə ağırlığın və məsuliyyətin bütün yükünü öz üzərinə götürüb.

Fəal mübarizə və müasir bəşəriyyətin əsas çağırışına müqavimət şəraitində, ölkənin bütün ictimaiyyəti, bütün təsisatlar birləşməli və ölkəni gözlənilən təhlükədən xilas etməlidirlər.

Lakin hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrindən virtualaz.org-un redaksiyasına daxil olan məlumata görə, sağlam düşüncənin və fikrin əksinə olaraq xəstəxanalarda bəzi həkimlər və inzibati işçilər öz fəaliyyətlərində sui-istifadə hallarına yol verirlər. Təsdiq edilmiş məlumata görə, bəzi xəstəxanalarda səhiyyə işçiləri xəstələrə hökumət tərəfindən alınan dərman preparatlarını satır, həmçinin xəstəxanalarda və xüsusi müəssisələrdə müalicə olunan yoluxmuş vətəndaşlardan müalicə üçün rüşvət alınır. Bəzi faktlar göstərir ki, inzibati əməkdaşlar təcili tibbi yardıma ehtiyacı olanları rüşvət müqabilində xəstəxanalarda yerləşdirirlər. Korrupsiya və rüşvətxorluq bu sahədə elə miqyas alıb ki, son iki ildə korrupsiyaya və dövlət aparatında mənfi hallara qarşı mübarizəni gücləndirən hüquq-mühafizə və xüsusi xidmət orqanları vətəndaşlardan gələn narahatedici məlumatları və şikayətləri ciddi nəzərə almağa başlayıblar.

Bildirilir ki, artıq vəziyyət hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır.

Reyting.az

Diqqət! Aprelin 27-dən - sentyabrın 14-dək...

senedlesme34Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən Pravda.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

9 -dən səhifə 157

Əlaqəli xəbərlər