Sürücülərin nəzərinə - DİQQƏT!

surucu

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar bir daha məlumatlandırır.

Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin daha dəqiq və operativ öyrənilməsi üçün "012-511-08-40" nömrəli "qaynar xətt" yaradılıb.

Onun sözlərinə görə, "qaynar xətt" saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır:

"Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır. Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər".

V.Əsədov deyib ki, Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir:

"Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında fəaliyyət göstərir. Paytaxt və Bakı ətrafı ərazilərdə yaşayan avtomobil sahibləri və sürücülər sözügedən məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər".

Şöbə rəisi nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar informasiyaların daha dəqiq və operativ alınması üçün "012-511-08-40" nömrəli "qaynar xətt"ə zəng etməyi tövsiyə edib.

Toylarla bağlı açıqlama: 30-40 nəfərlə...

TOY

“Ümumiyyətlə biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “AzTV”-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:

“Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30 ya 50 nəfərlə olsun toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzrət olunsa bəs edir. Amma toyları birbaşa qadağa etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münaisbətlərin pozulmasına yol açacaq.

Bunu statistik faktlara əsaslandıra bilriik. 2020-ci ildə bağlanan 35 min nikahın 14-15 mini boşanma ilə yekunlaşıb. Bu ümumi rəqəmin üçdən biri deməkdir. Bu da cəmiyyətdə sosial problemlərin yaranması deməkdir. Odur ki, mənim təklifim odur ki, ofisiant, müğənni, xidmətçi də daxil və s. hər kəs daxil olmaqla ümumilikdə 30-40 nəfərdən ibarət toylara icazə verilsin. Bəy və gəlinin adına bankda hesab açılsın və iştirak edə bilməyən şəxslər də ailənin təməlinin qoyulmasına dəstək olmaq istəyirlərsə, gedib pul köçürürlər. Belə baxanda toyda da iştirak etmiş sayılırlar. Onsuzda Avropada kartla alış-verişə tam keçilib, amma biz hələ də cibimizdə pulu hiss etməliyik. Koronavirus bir bəladır gəlib, amma bu bəlaya görə tam qadağa edəndə böyük narazılıq yaranır. Qadağan etmək olmaz. Qaydalara sərt formada riayət edilməsinə diqqət olunmalıdır. İnsanları evinə qapadıb, işləmələrinə mane oluruqsa gərək onların maddi təminatını verməliyik. Bunu etmək üçün böyük imkanımız yoxdursa, o zaman qadağan etmək olmaz çünki insanlar narazı olacaqdır. Qadağa çıxış yolu deyil, mütləq çıxış yolu tapılmalıdır”.

Ovçu ərəbləri Azərbaycana bu məmur gətirib - Onlardan nazirin adıyla pul alınıbmış

1618302981erebe1616675387513

Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. 


araz.az xəbər verir ki,  ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb.


"Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib” – deyə xəbərdə bildirilir.


Qəzet ərəblərdən alınan pulun təxmini məbləğini də yazıb: "FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, "az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. "Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı”.


Xəbərdə qeyd edilir ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) aidiyyatı qurumların rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq "yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.


Ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. 


Hürriyyət

Zahid Oruc: “Hərbi Qənimətlər Parkı and yeridir”

zahidorucDünən təntənəli açılışı olan Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstündə yox, altında rahat yaşayan erməniçiliyin şəklidir”.

araz.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Hərbi Qənimətlər Parkını ziyarət edəcək milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı “8 noyabr” prospektidir.

“30 il Qarabağ və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi. O park milyonlarla insanımızın qəlbinin rahatladığı yerdir, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət and yeridir. Ordakı texnikaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərs kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü paytaxtımıza gəlib. Bu təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir. Ali Baş Komandan qarşısında çıxış edən xüsusi təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər. Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini Prezidentdən sonra təmsil edən yeganə gücdür. Bəli, Ordumuz siyasətdən kənardır, lakin qalib general və əsgərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər. Vaxtilə Atatürkün cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu. İndi Prezident İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı şanlı Ordumuzdur. Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış”, - deyə Z. Oruc vurğulayıb.

 

 

araz.az

“Yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar”

resad78

"Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar".

araz.az xəbər verir ki, bunu "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid deyib.

O bildirib ki, işğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını, təəssüratını kimsə xatırlamır:

"Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yğımaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki. Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır. Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışssalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir".\pravda.az|

10 -dən səhifə 157

Əlaqəli xəbərlər