Həmid Zeynalova vəzifə verildi

bakustil

Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.

araz.az  xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.Report

Adil Əliyev: “Azad Rəhimov həm yaxşı nazir, həm də çox gözəl insan, əsl dost idi”

adilaliyev66

Milli Məclisin sədr müavini Adil Əliyev Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

araz.az-ın xəbərinə görə, A.Əliyev deyib:

“Azad Rəhimov həm yaxşı nazir, həm də çox gözəl insan, əsl dost idi. Allah Azad müəllimə rəhmət etsin, ailəsinə, yaxınlarına səbr versin”.

 

 

araz.az

Bu gün ilk Qədr gecəsidir

ramazan12

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

araz.az xəbər verir ki, ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.

 

 

araz.az

Muharrem Kasapoğlu Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

azad56raza

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

araz.az-ın məlumatına görə, Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun" - paylaşımda bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

 

araz.az

Tanınmış şəxslər Azad Rəhimovdan yazdılar: “Nə qədər “diri” o nəhəng ölümün altında qaldı”

azadrehimov6

Xəbər verdiyimiz kimi, Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da vəfat edib. Nazir ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

araz.az  xəbər verir ki, ölkənin tanınmış şəxsləri A.Rəhimovla bağlı fikirlərini, ailəsinə başsağlığ veriblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov: “Allah Azad müəllimə qəni-qəni rəhmət eləsin, əsl dövlət adamı və sadə gözəl insan idi, əvəzedilməz itkidir, Allah yaxınlarına səbr versin, məkanı cənnət olsun”.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev: “Acı xəbər məni dərin sarsıtdı. Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov haqqın dərgahına qovuşdu. Gözəl insan, dövlət və ictimai xadim, həyatsevər, təşkilatçı Azad müəllimin əziz xatirəsi, onu tanıyan minlərlə insanın qəlbində əbədi iz buraxmışdır. Ailəsinə, doğmalarına baş sağlığı verirəm. Allah rəhmət eləsin”.

Deputat Elnur Allahverdiyev: “Dövlətə və vətənə qəlbən bağlı, mərd və unudulmaz insan, əsl vətəndaş olan İdman və Gənclər naziri Azad Rəhimov vəfat edib. Allah rəhmət eləsin!”

Gənclər və idman nazirinin müavini İntiqam Babayev: “Vətənini sevən insan! Ruhunuz şad olsun”.

Deputat Müşfiq Cəfərov: “Sözün bitdiyi an! Azad müəllimlə ünsiyyətdə olan hər kəs onun necə gözəl insan, necə gözəl rəhbər olduğunu görürdü və ağız dolusu danışırdı. Azad müəllim gənclərin və idmançıların dostu idi. Azad müəllim hər kəsdən soruşardı, nə probleminiz var? Nə sözünüz var? Belə bir insanın dünyasını dəyişməsini eşidəndə adamın heç inanmağı gəlmir. Allah Azad müəllimə qəni qəni rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun”.

Millət vəkili Nigar Arpadarai: Bu gün çox dəyərli, səmimi, böyük ürək sahibi, peşəkar Azad Rəhimovu itirdik... Allah rəhmət eləsin .. Ruhu şad olsun!”

REAL TV-nin rəhbəri Mirşahin Ağayev: “O, azad oldu. İndi azad olmaq növbəsi bizdədir. Çamurdan, ardca danışmaqdan, idbarlıqdan azad olmaq. Heç kimi ideallaşdırmıram. Amma Azad Rəhimovun ölümü ətrafında bu bir neçə gündə nə qədər adam yaşadı. Ən maraqlısı da bilirsiniz, nədir? Azad getdi, amma həm də qaldı! Onlar isə, sadəcə olaraq, getdilər. Onlar boş danışdılar, guya söz azadlığı idi... O isə öz azadlığı idi. Onun ölümünün gövdəsi ömrünün gövdəsitək böyük oldu və bu gövdə yıxıldı. Nə qədər “diri” o nəhəng ölümün altında qaldı. Qarabağın işğaldan azad edilməsi fonunda Azad itkisi heç yerinə düşmədi. Onunla “İmarət”ə getməli idik. Ağdama... Gedə bilmədi. Ruhu gedəcək. Azad ruhu. Bəlkə də artıq oradadır”.

Xalq artisti Faiq Ağayev: “Azad Rəhimov haqq dünyasına qovuşdu. Gözəl insan, qayğıkeş dost, böyük peşəkar getdi... Çox heyf, çox... Rəhmət diləyirəm, Allah o dünyasını versin”.

 

 

araz.az

2 -dən səhifə 152

Əlaqəli xəbərlər