Ovçu ərəbləri Azərbaycana bu məmur gətirib - Onlardan nazirin adıyla pul alınıbmış

1618302981erebe1616675387513

Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. 


araz.az xəbər verir ki,  ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb.


"Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib” – deyə xəbərdə bildirilir.


Qəzet ərəblərdən alınan pulun təxmini məbləğini də yazıb: "FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, "az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. "Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı”.


Xəbərdə qeyd edilir ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) aidiyyatı qurumların rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq "yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.


Ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. 


Hürriyyət

“Yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar”

resad78

"Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar".

araz.az xəbər verir ki, bunu "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid deyib.

O bildirib ki, işğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını, təəssüratını kimsə xatırlamır:

"Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yğımaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki. Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır. Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışssalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir".\pravda.az|

Ramazan ayının təqvimi açıqlandı

ramazan12

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.

Bu il Ramazan ayı aprelin 14-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Təqvimdə Ramazan ayının Qədr gecələri də açıqlanıb. Belə ki, mayın 1-də (Razamanın 18-ci günü) ilk Qədr gecəsi olacaq. Eyni zamanda, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

1618216191qadaga

Azərbaycanda koronavirus infeksiyasına gündəlik yoluxanların sayı 2500 nəfərə yaxınlaşır. Son rəqəmlərə əsasən, ölkədə aktiv xəstələrin sayı 31 mindən çoxdur.

Sonxeber.az xəbər verir ki, xəstələrin sayının artması ölkədə sərt karantin rejiminin yenidən tətbiq olunmasını gündəmə gətirib.

Nəzərə almaq lazımdır ki, aprelin 14-ü dünyada olduğu kimi Azərbaycanda da müqəddəs Ramazan ayının gəlişi böyük coşğu ilə qeyd olunur və insanlarımız bu ayın vacib ayinlərini yerinə yetirməyə çalışırlar.

Ötən il aprelin əvvəli Ramazan ayının da daxil olduğu günlərə təsadüf edirdi. Həmin tarixdə də ölkədə sərt karantin tədbirləri tətbiq olunmuşdu. Keçənilki təcrübəni və yoluxanların sayının artma ehtimalını əsas götürsək Azərbaycanda karantin qaydaları yenidən sərtləşdirilə bilər. Belə olacağı təqdirdə ölkədə hansı məhdudiyyətlər tətbiq oluna bilər?

Bu suala cavab verən tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, hər şey epidemioloji vəziyyətdən asılı olacaq:

"Bütün lokdaunların, qadağaların hədəfi təmasları məhdudlaşdırmaqdır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu zaman karantin qaydaları sərtləşdirilə bilər.

Bu, ictimai iyaşə obyektlərinin bağlanmasını, müəyyən ticarət mərkəzlərinin qapadılmasını və sms icazə istemnin tətbiqini nəzərdə tuta bilər. Bu epidemioloji vəziyyətdən asılı olacaq.

Əgər epidemioloji vəziyyət indiki kimi qalsa, yəqin ki, status-kvo qala bilər. Hər bir halda mövcud vəziyyət dəyərləndiriləcək"./BAKU.WS


Sonxeber.az

Xalq artisti koronaya yoluxub: Xəstəxanaya yerləşdirildi - Foto

7f64856a1e87a514b66d5d0708223e44
 
Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.
 
araz.az-ın məlumatına görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.
Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.
N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.

 
 
 
 
Axşam.az

11 -dən səhifə 157

Əlaqəli xəbərlər