General-mayor korpus komandiri təyin edildi – FOTO

Screenshot 1 76
 
General-mayor Rzayev Mübariz Balağa oğlu Şəmkir korpusuna komandir təyin edilib.

araz.az  bildirir ki, müharibə vaxtı General-mayor Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırılandan sonra korpusa bir müddət General-leytenant Nizam Osmanov, General-mayor Azər Əliyev, General-mayor Ənvər Əfəndiyev və son günlərdə Polkovnik Sarı Xəlilov rəhbərlik edib.
Qeyd edək ki, Mübariz Rzayev müxtəlif vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi xidmətlərə görə” medalı ilə, “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin Azərbaycanın Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Zəngilanın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

/BakuPost/

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

932624 02
 
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
 
Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, toplantını açan sədri Əflatun Amaşov öncə Şuranın İdarə Heyətinin üzvlərini, bütövlükdə ölkənin media ictimaiyyətini müqəddəs Novruz bayramı münasibətilə təbrik edib.
 
O bildirib ki, belə bir bayramın Qarabağın işğalının sona çatdığı zamanda qeyd edilməsi qürurvericidir, ona xüsusi rəng qatır, ovqat gətirir. 
İclasın gündəliyindəki məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatlarına start verilib.  Dövlət başçısı 12 yanvar 2021-ci il tarixdə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradılıb. Artıq media qanunvericiliyi sahəsində bir sıra işlər reallaşdırılmaqdadır. "Təbii ki islahatlar kifayət qədər geniş diapazona malikdir. Azərbaycan Mətbuat Şurası da zaman-zaman media məkanımızda səliqə-sahman yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Buna görə də istərdim ki, sizlər indi də islahatlara necə deyərlər, öz töhfənizi verəsiniz, təkliflərinizi səsləndirəsiniz".
sədri gündəlikdə dayanan ikinci məsələnin işğaldan azad edilmiş torpaqlarımızdakı erməni vandalizminin izlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın oynadığı rolun müzakirəsinin olduğunu vurğulayıb. Ə.Amaşov bildirib ki, məsələyə kifayət qədər sistemli baxış var. Düşmən tapdağından xilas olmuş bölgələrimizə istər yerli, istərsə də xarici medianın axını müşahidə edilməkdədir. Bu, son dərəcə vacib amildir. "Bu günlərdə Prezident Administrasiyasının təşkilatçılığı ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət geniş heyətin Ağdama səfəri təşkil olundu. Sizlər də həmin səfərdə iştirak etdiniz. Səfər hər birimizdə kifayət qədər geniş təəssürat yaratdı. Bu barədə maraqlı yazılar da oxuduq. Diqqət yetirməli olduğumuz məsələ işğaldan azad edilmiş bölgələrimizdə media aktivliyinin daha geniş miqyasda təmin edilməsi ilə bağlıdır. Mən burada dörd saatdan artıq davam edən tarixi mətbuat konfransını vurğulamaya bilmərəm. Cənab Prezident bu mətbuat konfransında suallara geniş və məzmunlu cavabları ilə sübut etdi ki, Azərbaycan hərbi yolla Qarabağa yiyələndiyi kimi, əməli fəaliyyət müstəvisində də ona sahib çıxacaq. Bu, dünya mediasına kifayət qədər ciddi mesaj idi. İstərdim ki, sizlər də həm bununla əlaqədar, həm də Qarabağda media aktivliyinin artırılmasına dair fikirlərinizi bölüşəsiniz", - deyə Ə.Amaşov vurğulayıb.
sədri iclasın gündəliyində dayanan üçüncü məsələnin Şuraya yeni üzvlərin qəbulunun olduğunu deyib. O bildirib ki, üzvlük üçün müraciət edən media qurumlarının sayı 50-yə yaxındır. Katiblik 10-nunun üzərində dayanır. "Pandemiya dövrü olduğundan onların nümayəndələrini iclasa dəvət etməmişik. Amma müvafiq materiallar buradadır. İstərdim ki, bununla əlaqədar da fikirlərinizi bildirəsiniz", - deyə MŞ sədri aydınlıq gətirib.
Toplantıda çıxış edən İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli gündəlikdəki birinci məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, jurnalist təşkilatları medianın görünən üzüdür. Onların mövcud sahədəki hadisə və proseslərə reaksiyalarını optimallaşdırmaq üçün dövlət tərəfindən bu qurumların fəaliyyətinə həssas yanaşılması zəruridir. Dövlətin müəyyən layihələrinin, xüsusən də jurnalistlərin peşəkarlığının artırılması, eləcə də dünya media standartlarının öyrənilməsi və cəmiyyətə çatdırılması ilə bağlı işlərinin stimullaşdırması faydalı nəticələr verəcək.
İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, medianın problemləri ilə media qanunvericiliyi anlayışları bir-birindən fərqlənir. Qanunvericilik təməldir, ancaq problemlərə xüsusi yanaşma vacibdir. Medianın problemlərinin isə həm də sosial problemlər müstəvisində qiymətləndirilməsinə ehtiyac duyulmaqdadır. E.Mirzəbəyli bu baxımdan mediada reklam işinin qanuni mexanizmlərinin olmasının zəruriliyi üzərində dayanıb. O bildirib ki, vaxtilə təcrübəsi Mətbuat Şurası tərəfindən öyrənilmiş Türkiyənin Basın Elan Kurumunun mexanizlərinin ölkəmizdə də tətbiqinə ehtiyac var. Baş redaktor həmçinin KİV  sahəsinə həssas yanaşmanın digər qanunvericilik sənədlərində də təsbitinin önəmindən danışıb, deyib ki, ona yanaşmanın başqa hüquqi şəxslərə yanaşmadan fərqli olması hazırkı vergi yükünü də azaldacaq.
İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redakotoru Aydın Quliyev istər peşəkarlıq meyarları, istərsə də Azərbaycan dilinin normalarının qorunması baxımından çap mediasının saxlanılmasının vacibliyindən söz açıb. Baş redaktor bu tip media vasitələrinin də dövlətin nəzərində saxlanılmasının əhəmiyyətini vurğulayıb. Təbii ki, çap mediası da dövrün tələblərinə adekvat fəaliyyət göstərməli, gözləntiləri doğrultmalıdır.
"Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsuliyyət çap mediasının üzərindədir", - deyən İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, əvvəllər bir adamın beş-altı qəzeti olurdusa, hazırda bir adamın beş-altı, bəzən daha çox saytı var və mövcud durum kifayət qədər ciddi problemlər yaradır. İslahatlar ilk növbədə məhz bu mənfi tendensiyanın qarşısının alınmasına yönəlməlidir.
İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında gündəlikdə dayanan ikinci məsələ ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir. A.Həsrət diqqəti jurnalistlərin daha çox xarici media vasitələrində məqalələrlə çıxış etmələrinin zəruriliyinə yönəldib. Buna görə onların işğaldan azad edilmiş bölgələrdəki insfrasturuktur layihələrinin açılışlarında bilavasitə iştirakını vacib sayıb.
Mövzunu davam etdirən İdarə Heyətinin üzvü, "Cümhuriyyət" qəzetinin və "Cebhe.info" saytının baş redaktoru Rafail Becanov jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərlərinin mütəmadi xarakter daşımasının faydalı tərəflərindən söz açıb. Baş redaktor eyni zamanda qanunvericiliyin media fəaliyyətinin sərhədlərini və göstəricilərini dəqiq müəyyənləşdirməsinin əhəmiyyətini qabardıb. 
sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iclasda müzakirə edilən birinci məsələyə dair fikrini bölüşüb. O deyib ki, medianın yaşadılması üçün təməllər olmalıdır. Elə təməllər ki, onların üzərində standartların tətbiqinə şərait yaransın. Qanunvericilik islahatlarından gözlənti də məhz budur. 
İclasda qərara alındı ki, İdarə Heyətinin üzvləri özlərinin təkliflərini yazılı şəkildə -nin katibliyinə təqdim etsinlər, onların əsasında da vahid təkliflər planı hazırlansın.
10 KİV MŞ-yə üzv qəbul edildi
MŞ-yə yeni üzvlərin qəbulu məsələsində müzakirəyə çıxarılan 50-yə müraciətdən ilkin mərhələdə 10-nun üzərində dayanmaq məqbul sayıldı. "Nedelya" qəzetinin, "Avtosfer.az" saytının, "Mir literaturı" qəzetinin, "Dialoq.info" saytının, "Aran" qəzetinin, "Ens.az" saytının, "Azərbaycanım" beynəlxalq jurnalının, "Redaktor.az" saytının, Poliqon İnformasiya Agentliyi (pia.az) və "Rubrika.az" saytının Şuraya üzvlüyə qəbuluna dair qərar verildi. 
 
***
Cari məsələlərlə bağlı müzakirədə son zamanlar mediada və sosial şəbəkələrdə intihar xəbərlərinin artmasından narahatlıq ifadə edilib. İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şura müxtəlif illərdə bununla əlaqədar KİV-lərə müraciətlər ünvanlayıb, məsələyə həssaslıq göstərilməsi ilə bağlı tövsiyələr verib. İndi də eyni fəaliyyət davam etdirilməkdədir: "Əslində medianın intihar hadisələrini işıqlandırmaması kimi bir qadağa yolverilməzdir. Sadəcə burada ictimai motiv olmalıdır. Əgər belə bir motiv yoxdursa, KİV-in peşəkarlığı odur ki, o mövzuya toxunmasın. Təəssüf ki, bir çox hallarda sosial şəbəkələrdə yayılmış hansısa intihar səhnəsi də KİV üçün materiala çevrilir. Məsələyə müvafiq dövlət qurumları da həssas yanaşmalıdırlar. Bir daha deyim, intiharlarda ictimai motiv yükü varsa, yalnız o zaman onun informasiya dəyəri olur".
Cari məsələlərlə bağlı eyni zamanda İdarə Heyətinin üzvlərinin müharibədə döyüşmüş jurnalistlərlə görüşünün təşkili, Azərbaycan mediasının 44 günlük Vətən Müharibəsində iştirakı ilə bağlı toplunun hazırlanması, habelə Vətən Müharibəsi ilə bağlı müsabiqənin təşkili məsələləri nəzərdən keçirilib.
 
 
 
araz.az xəbər portalı.

Prezidentin köməkçisi metronun nə vaxt açılacağından DANIŞDI

metro e1614757115315

“Növbəti yumşalma zamanı metronun açılması gündəmə gələ bilər”.

araz.az məlumatına görə, bunu jurnaslitlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, gələcəkdə vaksinasiyadan keçmiş insanlar üçün müəyyən imtiyazlar tətbiq olunması prosesi müzakirə olunur:

“İctimai nəqliyyatı biz ya tamamilə bağlamalıyıq, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxaracaq. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi”. /Modern.az/

Ev tikənlərə ŞAD XƏBƏR: İcra başçılarından canınız qutardı – YENİLİK

ev tikmek

2019-cu ildən istifadəyə verilən “Bir pəncərə” elektron sistemində ötən ildən etibarən funksionallıq genişləndirilərək artıq ekspertizası tələb olunan tikinti obyektlərinin həm Bakı, həm də bölgələr üzrə istismara icazə modulları da istifadəyə verilib. 

Bu barədə Turkustan.info-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

Bildirilib ki, ötən gün keçirilən onlayn konfransda Komitə tərəfindən KİV nümayəndələrinə “Bir pəncərə” elektron müraciət sisteminə əlavə edilmiş yeni funksiyalar təqdim olunub.

Belə ki, 2019-cu ilin fevral ayından istifadəyə verilən “Bir pəncərə” elektron sistemi vasitəsilə ilk mərhələdə Bakı şəhəri üzrə ekspertizası tələb olunmayan inşaat obyektlərinin tikintisi və istismarına, həmin ilin noyabr ayından isə bütün ölkə üzrə icazələr əldə etmək mümkündür. 2020-ci ildən etibarən funksionallıq genişləndirilərək artıq ekspertizası tələb olunan tikinti obyektlərinin həm Bakı, həm də bölgələr üzrə istismara icazə modulları da istifadəyə verilib.

Bununla da “Bir pəncərə” elektron müraciət sistemi əlverişli sahibkarlıq mühitinin yaradılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, həmçinin daha sürətli və şəffaf icra mexanizmini özündə birləşdirərək dövlət xidmətlərindən yararlanan vətəndaşların məmnunluğunun artırılmasına nail olmuşdur.

İstifadəçilər tərəfindən ilk gündən böyük rəğbətlə qarşılanan “Bir pəncərə” elektron müraciət sisteminin funksionallığı 2021-ci ildə daha da genişləndirilib və sistemin tərkibində yeni “məlumatlandırma icraatı” modulu yaradılıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Yeni istifadəyə verilmiş funksiya sayəsində Bakı şəhəri üzrə fərdi yaşayış evləri tikmək istəyən şəxslər artıq bu elektron portal vasitəsilə onlayn müraciət edə bilərlər. Yeni yaradılan modul sayəsində vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməklə sistemə qoşulduqdan sonra öz müraciətlərini aidiyyəti qurumlara elektron qaydada göndərə bilərlər. Bu zaman müvafiq qanunvericilikdə nəzərdə tutulan sənədlərin yüklənilməsi tələb olunur.

Məlumatlandırma icraatı modulu pilot layihə olaraq Bakı şəhərində tətbiq olunub. Müraciətlərə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq 10 gün müddətində baxılır və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, müvafiq bildiriş vətəndaşın şəxsi kabinetinə göndərilir.

Bildirişin etibarlılığını təmin etmək məqsədilə onun üzərində müvafiq tarix və nömrə ilə yanaşı, “QR kod”lar da olacaq. Bu “QR kod” vasitəsilə həm vətəndaş, həm də nəzarəti həyata keçirən qurum “Bir pəncərə” elektron portalının axtarış sistemində layihə barədə məlumatlarla tanış ola və müraciət üzrə təqdim olunmuş sənədlərə baxa bilər. Vətəndaş tikintini başa çatdırdıqdan sonra da sistem vasitəsilə müvafiq məlumatı yerli icra hakimiyyətinə göndərə bilər.

12 -dən səhifə 152

Əlaqəli xəbərlər