Azərbaycanda yaxın günlərdə tam qapanma olacaq? - AÇIQLAMA

karantin89

Dünyanı cənginə alan COVID-19 virusu hələ də can almağa davam edir. Artıq dövriyyədə bir neçə şirkətə məxsus vaksin var. Bölgüsü ədalətsiz olsa da, əksər ölkələrdə vaksinasiya prosesi başlayıb.

Ancaq hələ ki, bu proses COVID-19-un yayılmasını, ölümlərə səbəb olmasını önləmir. Dünyada yoluxmanın ikinci (bəzi mənbələr 3-cü də hesab edirlər) dalğası başlayıb. Ötən sutkada dünya üzrə 701 min 18 nəfər koronavirusa yoluxub, 11 min 767 nəfər isə dünyasını dəyişib. Hər iki göstərici son ay yarımda ən yüksək həddir. Yoluxmanın bu cür artmasını yeni yaranan ştammlar və əhalinin karantin qaydalarından bezməsi, sosial məsafəni qorumamaları ilə izah edirlər.

1 ildən çoxdur ki, əvvəlki yaşam tərzindən imtina edən dünya əhalisi koronavirusun ölüm maşınının nə zamana qədər davam edəcəyini bilmir. Ona görə də insanlar artıq psixoloji olaraq da gəriliblər.

Dünyanın bir parçası olan Azərbaycanda da koronavirusa yoluxanların günlük sayı 2 mini keçib. Ölənlər də ötən həftələrlə müqayisədə çoxalıb. Lakin hələ ki, ölkədə keçən ilin eyni dövründə olduğu kimi sərt karantin, evə qapatma qərarı verilməyib.

Azərbaycanda da sorğular nəticəsində insanların sərt karantindən yana olmadıqları üzə çıxır. Bəs bu barədə TƏBİB-də nə düşünürlər?

TƏBİB rəsmiləri hələ ki, karantinin sərtləşdiriləcəyi və yaxud da vəziyyətin bu cür davam edəcəyi ilə bağlı konkret fikir söyləmirlər. Sözlərindən belə aydın olur ki, onlar da sabah nələrin yaşanacağından xəbərsizdirlər və dəyişən epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Onu da bildirək ki, aprelin 1-də ölkədə tədris müəssisələrinin yenidən qapadılması qərarı verilib. Belə ki, Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Qərar məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.

Bəs bu hal sərt karantinə keçidin başlanğıcıdırmı?

Bu barədə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib ki, bir ildir bu virusla yaşayırıq və artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər. O, karantin rejimin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini söyləyib: “Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil. Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın ki, normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək”.

“Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla da bildirib ki, əgər yoluxma sayı artarsa, epidemioloji vəziyyət pisləşərsə, qapanmaya getmək lazımdır.

Deputat: “Pensiya yaşına 5-6 il qalmış insanların işdən çıxarılması qadağan edilsin”

qenire pashayeva 2

“Aprel döyüşlərinin ildönümüdür. Biz qəhrəman şəhidlərimizin qarşısında baş əyirik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu gün dünyada Autizm Sindromlu Uşaqların günüdür, bu ailələrə dəstək artırılmalıdır: “Həmçinin onlayn təhsillə bağlı problemlər var. Kənd rayonlarından ali məktəblərdə təhsil alan tələbələr və şagirdlər ciddi problemlərlə üzləşir. Tovuz rayonu ilə bağlı da aidiyyəti qurumlara bir neçə dəfə səslənmişəm. Biz bilmirik, pandemiya səbəbindən onlayn dərslər nə qədər davam edəcək. Bu problem həllini tapmalıdır”.

Deputat təklif edib ki, pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilsin: “Ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır. Eyni zamanda Aliment Fondunun yaradılmasını dəstəkləyirik. Alimenti dövlət ödəyə bilər, ancaq sonra bu pulu qarşı tərəfdən məcburi almalıdır. Məhkəmə proseslərində ən çox gözlənilən problem alimentlərin ödənilməsi ilə bağlıdır. Bunun çətinliyini uşaqlar çəkir. Ana təkbaşına bu proseslərin həyata keçirilməsində zəif qalır. Digər bir məsələ bəzi kəndlərdə olan məktəblərin ağır vəziyyəti ilə bağlıdır. Təhsilin millətin həyatında nə qədər vacib olduğunu nəzərə alaraq, bu problemlər ən qısa zamanda həllini tapmalıdır”/APA.

Bakıda sayğacın dəyişilməsinə görə pul istədiyi iddia olunan şəxs “Azəriqaz”ın əməkdaşı deyil - RƏSMİ

azeriqaz

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində bir nəfərin İstehsalat Birliyinin adından istifadə etməsi, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişməsi barədə yayılan məlumata münasibət bildirib.

araz.az  xəbər verir ki, Ruslan Əliyev feysbukdakı səhifəsində İstehsalat Birliyinin belə bir işçisinin olmadığını bildirib.

“Bizə təqdim olunan fotonu araşdırdıq. Belə bir işçimizin olmadığı üzə çıxdı.

Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki "Azəriqaz" İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.

Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”, - deyə Ruslan Əliyev qeyd edib.\pravda.az/

Elektrik, su və qaz sayğacları ilə bağlı yeni qanun qəbul olundu - Nələr olacaq?

saygacjpg 1577882705

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı sualları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

araz.az  xəbər verir ki, dəyişiklik elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur.

Təklif edilən dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə). Bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişiklik (yoxlamaların dayandırılmasından istisna) təklif olunur;

2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).

3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.

Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.

Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.\mia.az/

SMS icazə ilə bağlı hazırlıqlara başlanıldı

sms12

Şirkətlərdə şəxsiyyət vəsiqələri toplanır.

Məlumatda bildirilir ki, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi”dir.

Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.

Axar.az

14 -dən səhifə 156

Əlaqəli xəbərlər