Şəhid Pəncəlinin qardaşı ağır durumdadır - Ailənin maddi dəstəyə ehtiyacı var

197036.jpgŞəhidin qardaşının ayağı kəsilə bilər. Lələ təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Pəncəli Teymurovun anası Vahimə Ağayeva fəryad edir. Şəhid anası böyük oğlunun qışa tədarük üçün odun yığmaq arzusu faciə ilə nəticələndini deyir. Belə ki, Meşə İdarəsindən ailəsinə yaxın və insan həyatı üçün təhlükə olmayan ərazidən odun ayırılmasını xahiş edib. Lakin aidiyyatı şəxslər onların müraicətinə baxmayıb və odun əldə etmək üçün onlara təhlükəli ərazi ayırtdırıb. Nəticədə bir neçə gün öncə şəhidin qardaşları və atası həmin əraziyə gediblər. Odun kəsərkən böyük qardaşının ayağı ağır şəkildə yaralanıb. Onlar xəstəni Lənkəran Dövlət Xəstəxanasına aparıblar. Xəstəxanadan vəziyyətin ağır olduğunu və xəsətni təcili Bakıya parmaq lazım olduğunu bildiriblər. Lakin bunun üçün ailə ambulans maşını istəsələr də onlara maşınlarının olmadığını deyiblər.

Ardını oxu...

133 -dən səhifə 156

Əlaqəli xəbərlər