Durğun cəmiyyətin ölgün halı

agzibagli.jpg

Azərbaycanda faktiki olaraq, son 15 ildə vətəndaş cəmiyyəti, siyasi partiyalar, insan haqları təşkilatları durğunluq çağını yaşayırlar. Bunun əsas səbəblərindən biri də odur ki, virtual və vizual dünyada cəmiyyətlə birgə olmanın bir sıra problemləri yaşanılır. Ona görə ki, yuxarılar “passiv toplum” siyasətini yürüdürlər, aşağılar yeni texnoloji vasitələri ilə cəmiyyətlə birgə olmanın düzənini ortaya qoya bilmirlər. Beləliklə hər kəsin dilədiyi demokratiya və demokratik proseslər nokauta salınıb.

Ardını oxu...

Hüquq müdafiəçisi ofisinə edilən basqının indiyə qədər araşdırılmamasından narahatdır

EM2qqq.jpgElçin Məmməd: “Şəhər məhkəməsinə çox yaxın ərazidə yerləşən ofisə müdaxilə sıradan bir hadisə ola bilməz və bu başqa mətləblərdən xəbər verir”
Polise mektubBu ilin fevral ayında “Sumqayıt Gənclərinin Hüquqi Maaarifləndirilməsi” İctimai Birlyinin və “Yüksəliş naminə” qəzetinin ofisi kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb. Bu barədə hüquq müdafiəçisi Elçin Məmməd “Yukselis.info”ya bildirib. Onun sözlərinə görə, həmin vaxt ofisin qapısı sındırılıb və içəridəki sənədlər dağıdılıb, dolablar qarışdırılıb, printer və digər əşyalar götürülüb. Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər 3-cü Polis bölməsində araşdırma aparılsa da, nəticəsi barədə hüquq müdafiəçisinə məlumat verilmir.

Ardını oxu...

134 -dən səhifə 156

Əlaqəli xəbərlər