Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib

Copy of 02.jpgDövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib. “Zoom” platforması üzərindən təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Direktor olmaq istəyənlərin nəzərinə: 623 vakant yer

tehsil.nazirliyimu

Bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.

Namizədlər bu link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər.  /Axar.az/

Ali təhsilini başa vurmayan tələbələrin kolleclərə köçürülməsi qaydası AÇIQLANDI

tehsil nazirliyi

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydası açıqlanıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

Nazirlik məktəblərin açılması ilə bağlı məlumat yaydı – VİDEO

mektebuş

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil olunacaq.

İbtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək. Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə davam edəcək. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənəcək.

 

 

/Axar.az/

Məktəblərdə ənənəvi təhsil 15 gündən sonra dayandırılacaq? – AÇIQLAMA

mektebm

Təhsil Nazirliyi məktəblərin 15 günlük açılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

araz.az  xəbər verir ki, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, dərslərin başlamasının COVID-19-a yoluxmanın artmasına səbəb olub-olmadığı 14 gündən sonra aydınlaşacaq.

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik”- nazirlik rəsmisi bildirib.   /Bakupost.az/

2 -dən səhifə 37

Əlaqəli xəbərlər