DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik və silah-sursat aşkarlandı

60adf818be32160adf818be322162201397660adf818be31f60adf818be320

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və qanunsuz silah-sursat saxlayan şəxslərin aşkar edilməsi istiqamətində əməliyyatlar keçirilib.


DİN-in mətbuat xidmətindən  araz.az-a verilən məlumata görə, əməliyyat zamanı külli miqdarda narkotik və silah-sursat aşkar edilib.

 

 

araz.az

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun qayınatası imiş

zibillik 0000 e1611735975134

Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. (trend)

xxx

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Turkustan.info-nun Report-a istinadəm əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İ.Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, 4 ədəd kisədə və 1 ədəd selofan torbada qonşu Nəsimi rayonuna aparıb. O, hissələrə bölünmüş meyiti Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsindəki məişət tullantıları qutularına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Edama məhkum edilən üç narkobaron həbsxanadan qaçıb - Şok video

1610522709 409544025

Edam cəzasına məhkum edilən üç məhbus həbsxanadan qaçıb.

araz.az 
Reyting.az-a istinadən xəbər verir ki, filmlərə ssenari olacaq bu şok hadisə Misirin sərt rejimli Tanta cəzaçəkmə müəssisəsində baş verib.

Narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan narkobaronlar 3 ay müddətində həbsxanada tunel qazıb və sonda edamdan xilas olmaq üçün qaça biliblər.

Narkobaronların həbsxanadan qaçdığı anlar kənar küçələrdə olan təhlükəsizlik kameralarına düşüb. Məlum olub ki, məhkumlar həbsxana divarlarına bitişik evlərin damları vasitəsilə qaçıblar.

Hadisədən dərhal sonra Misir Daxili İşlər Nazirliyinin Nəzarət və Təftiş İdarəsi son dərəcə təhlükəli olan məhkumların qaçışı ilə bağlı araşdırmaya başlayıb.

Həbsdəki sabiq başçı Namiq Zeynalovun törətdiyi cinayət əməllərinin bir ucununun, qardaşı Akif Zeynalova və onun yaxınlarına bağlılığı da iddia olunur

WhatsApp Image 2020 12 16 at 04.02.26
 
Dövlət Təhlükəsizlik Xidməti və hüquq-mühafizə orqanları əməkdaşlarının bu yaxınlarda Cəlilabad rayon İcra Hakimiyyətinin binasında keçirdikləri xüsusi əməliyyat nəticəsində saxlanılaraq, Bakıya gətirilən, bundan dərhal sonra, ölkə rəhbərinin sərəncamı ilə, tutduğu vəzifədən azad edilən icra başçısı Namiq Zeynalovla bağlı ilginc faktlar üzə çıxaran araz.az xəbər portalının əməkdaşları, əldə etdikləri məlumatlar əsasında hazırladıqları maraqlı bir yazını ötən həftə oxucularının diqqətinə çatdırıb. Öncə həmin yazıda Namiq Zeynalovun bu vəzifəyə gətirilməsində, onun qardaşı Akif Zeynalovun qudası, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əlinin olduğu xüsusi vurğulanıb. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Akif Zeynalov barədə də, həmin yazıda ətraflı məlumat verilib. İddia olunub ki, Zakir Fərəcovun qudası müavin vəzifəsi tutduğu dövrdə, öz işiylə bir nəfər vətəndaşı belə razı salmayıb. Buna baxmayaraq, o, indi də, vəzifə başındadır. Ərazi Maliyyə Müfəttişliyinin rəisi olsa da, bu adamın maliyyədən belə xəbəri yoxdur. Akif Zeynalovun bu vəzifəyə təyinatı, hətta, bir vaxtlar çoxlarında təəccüb hissi də yaradıb. Həmin yazıda o da bildirilib ki, Zakir Fərəcovun yuxarılara əli çatdığından, kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallını belə yüksək bir vəzifəyə -- Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin etdirə bilib. Necə ki, Namiq Zeynalovu da, ölkənin Cəlilabad kimi böyük bir rayonunun İcra Hakimiyyətinin başçısı qoydurub. 
Həmin yazının davamı olan bu yazıda oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, yuxarıda deyilənlər, üstəlik, mötəbər və etibarlı mənbələrdən aldığımız yeni məlumatlar onu deməyə əsas verir ki, mətbuatın əvvəllər yazdığı kimi, 2018-ci ilin fevral ayında -- hakimiyyətin idarəetmədə islahatlar kampaniyasına start verdiyi bir vaxtda bu məsul vəzifəyə təyin edilən Namiq Zeynalov uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini tutan, hazırda isə, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışan Kərəm Həsənova deyil, qohumu Zakir Fərəcova daha yaxın olub. Ona görə ki, cinayətkar icra başçısı necə oturub-durmaq göstərişlərini, həmişə, onun kadrı kimi, Zakir Fərəcovdan alıb. Bütün bunlar isə, yuxarı dairələrdə hamisi hesab olunan Kərəm Həsənovu və onun Cəlilabaddan seçilən deputat qardaşı Malik Həsənovu dəfələrlə qəzəbləndirib də. Onlar nə qədər etsələr də, vəzifə başında Namiq Zeynalovun müstəqil addım atmaq cəhdinin qarşısını heç vaxt ala bilməyiblər.
Bu səs-küylü məsələ ilə bağlı araz.az saytını bilgiləndirən mənbə iddia edir ki, Cəlilabad rayonunun Namiq Zeynalovdan əvvəlki heç bir başçısı yuxarılardakı hamisindən icazəsiz hansısa bir qərar qəbul etmək həddində olmayıb. Namiq Zeynalov isə, qohumu Zakir Fərəcova arxalandığından, bu məsul vəzifədə işlədiyi qısa müddət ərzində istədiyini edib də. Daha doğrusu, qohumundan xüsusi göstərişlər alaraq, çox oyunlardan çıxmağı bacarıb. Nəticədə, Namiq Zeynalov icra başçısı işlədiyi qısa müddət ərzində, çoxsaylı tənqidlərə tuş gəlib. Hətta başçının özünün və yaxın kadrlarının bənzərsiz qanunazidd hərəkətləri barədə redaksiyalara daxil olan kifayət qədər şikayət xarakterli müraciətlər əsasında,  ölkə mətbuatı da, saysız-hesabsız tənqidi yazılar dərc edib. Ən təəccüblüsü odur ki, onun vəzifə başında səlahiyyətindən sui-istifadə etməsi və saysız-hesabsız qanunsuzluqlara yol verməsi nəticəsində, hətta, bir ara Cəlilabadda əhali üsyanı da yetişib. Buna baxmayaraq, o, hətta, bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinməyib. Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı qanunazidd kimi xarakterizə olunub. Bir sözlə, ölkə rəhbərinin etimad göstərib, Cəlilabad rayonuna təyin etdiyi bu başçının adı bir çox qalmaqallı məsələlərdə hallanıb. Bütün bunları, araz.az-ın əldə edərək, işıqlandırdığı konkret faktlar da sübut edib.  
Mediada gedən məlumatlara görə, Namiq Zeynalov ondan əvvəl həbs olunan digər icra başçılarından heç nə ilə fərqlənməyib. Hətta ölkədə aparılan anti-korrupsiya əməliyyatları, fəaliyyətlərində qanunsuzluğa daha çox yol verən məmurların bu və ya digər formada cəzalandırılması barədə Prezident İlham Əliyevin dediklərini, ölkə başçısının islahatlar çərçivəsində rayon rəhbərlərinə tapşırıq və tövsiyələrini nəzərə almayan bir başçı kimi tanınıb. Təsdiqedici bir çox vacib məqamlar da, onun haqqında iddiaların əsassız olmadığına şübhə yeri qoymayıb. Elə, barəsində mediada bu tip xoşagəlməz faktlar daha çox tirajlandığına və bu faktlar təsdiqini tapdığına görə də, görünür, sonda, hüquq-mühafizə orqanları hərəkətə keçməyə qərar veriblər.  
Bir daha qeyd etməyi lazım bilirik ki, Namiq Zeynalovun Kərəm Həsənovun kadrı olması iddiası yalnız ona görə ortaya atılıb ki, o, icra başçısı təyin edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalşıb. Konkret desək, hazırda həbsdə olan bu şəxsin vaxtilə Kərəm Həsənovun tabeliyində çalışması, məhz onun əmri ilə rəis müavini təyin edilməsi, Cəlilabadın əslən oralı olan Prezident Administrasiyasının bu şöbə müdirinin kurasiyasında olması səbəbindən bu idda irəli sürülüb. Və bu iddialarda o da vurğulanıb ki, Kərəm Həsənov öyrəndikdən sonra ki, hamiliyində olan başçı, başqasının göstərişi əsasında onun başı üzərindən işlər görüb, hər dəfə buna çox qəzəblənib. Hətta Cəlilabad məmurları da, baş verənləri biabırçılıq kimi qiymətləndiriblər və bunlar heç vaxt onların xoşuna gəlməyib. Bütün törətdikləri isə, göründüyü kimi, sonda Namiq Zeynalova baha başa gəlib. 
Sonda, onu da qeyd etmək istərdik ki, indiyədək redaksiyamıza ötürdüyü faktların dəqiqliyinə şübhə etmədiyimiz etibarlı bir mənbədən əldə etdiyimiz son məlumata görə, istintaq araşdırması zamanı, Namiq Zeynalovun törətdiyi cinayətlərin bir ucununun qardaşı Akif Zeynalovun yaxınlarına bağlılığı da üzə çıxıb. Bu istiqamətdə araşdırmalarımız davam  etdiyindən, yazını hələlik bu yerdə saxlamağı lazım bildik. Bu mövzu ətrafında redaksiyamıza daxil olan digər  faktların dəqiqliyinə də tam əmin olduqdan sonra, onların hamısını zaman-zaman dərc etməyi planlaşdırmışıq. Odur ki, araz.az-ı izləməyi unutmayın.
          
 
 
araz.az xəbər portalının araşdırma qrupu.

2 milyondan çox adamı boğaraq öldürən canilər... - Qorxunc faktlar

big 1600025094 caniDemək olar ki, hamı "Əli Baba və qırx quldur" filmini izləyib. Həmin filmdə 40 quldur insanları qarət edir və onların hamısı bir mağarada yaşayırlar. Aşağıdakı hadisənin "qəhrəmanlarının” da hərəkətləri filmdəki obrazların etdikləri ilə oxşardır. Lakin onların sayı 40-dan çox, əməlləri isə film ssenarisi deyil, həqiqətdir.
musavat.com   Hindistanda 480 il hökm sürən "Thuggee” təriqəti haqqında məlumatı təqdim edir:
"Thuggee” quldurları 1350-ci illərdən 1830-cu illərədək olan uzun bir dövr ərzində Hindistanda insanları öldürüb, onların mallarını oğurlayıblar.
Tez-tez karvanları hədəfə alan təriqət üzvləri öncə karvana sərnişin kimi soxulur və oradakıların etibarını qazanırdılar. Daha sonra isə ilk fürsətdə karvanı dayandırıb, qurbanlarını öldürürdülər.
"Thuggee” qəbiləsinin üzvləri qurbanlarını öldürmək üçün bellərinə taxdıqları kəmərlərdən istifadə edirdilər. Qurbanı kəmər ilə boğan qəbilə üzvləri karvanları soyduqdan sonra cəsədləri gizlədərək, yeni qurbanlar axtaramağa çıxırdılar.
"Thuggee” üzvləri keçmiş tarixlərinin müsəlman qəbilələrinə söykəndiyini iddia edirdilər. Ancaq sonradan onların arasına bir çox hindli qatılıb.
Bu səbəbdən onlar zamanla Tanrıça Kalinin (Hinduizmdə Qaranlıq Ana Tanriçası) davamçıları olduqlarını elan etmişdilər.
"Thuggee” quldurları gizli bir məzhəb şəklində kiçik tədbirlər də təşkil edirdilər. Bu cür tədbirlərə qatıla bilmək üçün ya "Thuggee”nin üzvü olmalı, ya uşaq vaxtı qaçırılmalı, ya da təriqətə layiq olduğunu isbat etməli idin. Yalnız bu şərtlər daxilində tədbirlərdə iştirak mümkün idi. Təriqət üzvlərinin uşaqları hələ kiçik yaşlarından palçıqdan hazırlanmış insan fiqurları üzərində qətl törətməyi öyrənirdilər. Bir növ atadan oğula ötürülən bu üsulla onlar illər boyunca yüz minlərlə insanı qətl etdilər.
Fəaliyyətləri boyunca 2 milyondan çox insanı öldürdükləri düşünülən təriqət, İngilislər tərəfindən məhv edildi. "Thuggee " təşkilatının ən təhlükəli lideri olan Behram edam edildiyi zaman törətdiyi 931 cinayətə görə məhkum edilmişdi.
araz.az

Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar

krimnRespublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.  

Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır. 

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri  Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar. 

Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev  tutularaq istintaqa cəlb olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar
Bakıda 8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı - Fotolar

SON DƏQİQƏ: Azərbaycanda küçənin ortasında PROFESSOR ÖLDÜRÜLDÜ

meyitGəncədə qətl hadisəsi baş verib.

Turkustan.info Apa-ya istinadən xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.

 

3 -dən səhifə 17

Əlaqəli xəbərlər